Ana səhifə  /  XƏBƏRLƏR
116

Fransisko Arroyo Vieyra: “AZƏRBAYCAN ÇOX SÜRƏTLƏ İNKİŞAF EDİR”

İyulun 11-də Milli Məclisin bir qrup deputatı Meksika Senatının sədr müavini Fransisko Arroyo Vieyranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Görüşdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Ülvi Quliyev qonaqları mehribanlıqla salamladı.

11 iyul 2012    05:07
59

İSPANİYANIN AZƏRBAYCANA MARAĞI BÖYÜKDÜR

İyulun 10-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İspaniya nümayəndə heyəti ilə görüşdü. O, öncə İspaniya milli futbol komandasının Avropa çempionatında qalib olması münasibətilə qonaqları təbrik etdi.

10 iyul 2012    04:07
50

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisindeputatı Asəf Hacıyev “Avropa İttifaqı və onun avropalı qonşuları” adlı IX Beynəlxalq konfransda iştirak etmək üçün iyulun 9-da Gürcüstanın Batumi şəhərinə səfərə yola düşəcək.

09 iyul 2012    03:07
70

AZƏRBAYCAN-RUSİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

İyulun 6-da Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Rusiya Federasiyası Dövlət Dumasının MDB və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Slutskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdülər.

06 iyul 2012    04:07
60

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyulun 5-də Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri, NATO Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərov qurumun Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşdü.

05 iyul 2012    06:07
88

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Iyulun 2-də Milli Məclisdə Kolumbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kolumbiya Senatının nümayəndələri ilə görüşdü.

03 iyul 2012    10:07
74

ATƏT PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASINDA

Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun XXI yay sessiyasında iştirak etmək üçün iyulun 3-də Monako Knyazlığının Monako-Vill şəhərinə səfər edəcək.

02 iyul 2012    05:07
64

BMT-nin İQTİSADİ SOSİAL ŞURASININ TOPLANTISINDA

Milli Məclisin deputatı Qənirə Paşayeva iyulun 1-də ABŞ-ın Nyu-York şəhərinə səfərə yola düşəcək. Deputatımız BMT-nin İqtisadi Sosial Şurasının – ECOSOC-un Yüksək Səviyyəli Toplantısında iştirak edəcək.

30 iyun 2012    12:06
62

MİLLİ MƏCLİSİN DEPUTATLARI İTALİYADA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vədeputat, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli iyunun 20-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəklər.

21 iyun 2012    04:06
78

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASINDA

İyunun 25-dən 29-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.

20 iyun 2012    06:06
66

DEPUTATIMIZ İSTANBULDA SƏFƏRDƏDİR

Milli Məclisin deputatı Ceyhun Osmanlı Xəzər Strateji İnstitutu tərəfindən keçirilən tədbirdə iştirak etmək üçün Türkiyədə səfərdədir. İstanbulda baş tutan toplantıda qanunvericilik sahəsində mövcud əlaqələrin inkişafı, Türkiyə mətbuatına Azərbaycan gündəliyinin gətirilməsi üzrə tədris məsələsi müzakirə ediləcək.

19 iyun 2012    10:06
65

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 19-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Ombudsmanların X Bakı Beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüşdü.

19 iyun 2012    06:06
64

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 14-də Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT PA-da daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət üzrə naziri Eamon Gilmor ilə görüşdü.

14 iyun 2012    02:06
76

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 13-də Milli Məclisdə ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexlə görüşdülər.

13 iyun 2012    03:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.