
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gəlib
İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşündə iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşündə iştirak edəcək
İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətimiz Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşündə iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri ilə görüşüb
İyulun 19-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ailə və sosial xidmətlər naziri Dərya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Avropa Parlamentinin komitə sədri ilə görüşdə
İyulun 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb
İyulun 19-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Bundestaqının vitse-prezidenti ilə görüşüb
İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Almaniya Federal Parlamentinin (Bundestaq) vitse-prezidenti Katrin Görinq-Ekartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdə görüş
İyulun 18-də Milli Məclisin deputatları Tural Gəncəliyev, Sevil Mikayılova və Vüqar Bayramov Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomas Parebanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının iştirakçıları tədbiri yüksək qiymətləndiriblər
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin cari il 30 iyun-1 iyulda keçirilmiş Bakı Konfransı öz uğurları ilə yaddaşlara yazıldı.

Milli Məclisdə Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
İyulun 14-də Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev ölkəmizdə səfərdə olan Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib
İyulun 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Azərbaycan Respublikasında səfərdə olan Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Litva parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
İyulun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Litva parlamentariləri ilə görüşdə
İyulun 14-də Milli Məclisdə Azərbaycan və Litva parlamentlərində fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşü keçirilib.

Azərbaycan-Litva əlaqələri inkişaf edir
İyulun 14-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Strakeviçyusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Litvalı parlamentarilər Şəhidlər xiyabanını ziyarət ediblər
İyulun 14-də ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən və qrupun digər üzvləri ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığın Lordlar Palatasının sədri ilə görüşüb
İyulun 12-də Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində Lordlar Palatasının sədri Lord Con Makfolla görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfərə gəlib
İyulun 11-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfərə gəlib.

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı
İyulun 8-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib
Milli Məclisin sədri, 98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili Sahibə Qafarova iyulun 6-da seçicilərin növbəti qəbulunu keçirib. Videoqəbulda seçicilərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı lazımi tədbirlər görülüb.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının iştirakçıları Şuşa şəhərinə səfər ediblər
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyətlərinin üzvləri iyulun 2-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. Qonaqları Milli Məclisin spikeri, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər müşayiət ediblər.