SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 26-da Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Əhliman Əmiraslanov deputatları “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə tanış etdi. O, qeyd etdi ki, bütün dünyada insan orqan və toxumalarının transplantasiyası geniş yayılıb. Azərbaycanda da bu sahədə böyük işlər görülür. 15 il əvvəl ölkədə insan orqan və toxumalarının transplantasiyası əməliyyatları yox səviyyəsində olsa da, bu gün artıq qara ciyər, böyrək, bəzi orqan və toxumaların, gözün müxtəlif hissələrinin transplantasiyası əməliyyatları sıx-sıx həyata keçirilir.
GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi.Komitənin sədri Fuad Muradov bildirdi ki, gündəliyə “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsi, “Bədən tərbiyəsi və idman haqqında” Qanuna, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihələri daxil edilib.
ÖLKƏMİZDƏ KREDİT BÜROLARI YARADILACAQ
Oktyabrın 21-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Kredit büroları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.
ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Oktyabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirildi.Komitənin sədri İsa Həbibbəyli əvvəlcə Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbriklərini çatdırdı. Sonra bildirdi ki, iclasın gündəliyinə “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi daxil edilib.
MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ
Oktyabrın 18-də Mədəniyyət komitəsinin iclası keçirildi. Komitənin sədri Rafael Hüseynov bu əlamətdar gün – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə deputat həmkarlarını təbrik etdi.
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 14-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi.Komitənin sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi daxil edilib. Sazişə əsasən, tərəflər öz ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin meydana gəlməsi, həmçinin onlara qarşı mübarizə və nəzarət metodları ilə bağlı məlumatları mübadilə edəcəklər.
KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
Oktyabrın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirildi.
İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 12-də Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova əvvəlcə parlamentin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim etdi. Bildirildi ki, hesabat dövründə komitənin 3 iclası keçirilib, 8 məsələyə baxılıb. Bu sessiyalar ərzində komitənin təşəbbüsü və təşkilatçılığı ilə 6 tədbir keçirilib.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 4-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə diqqətə çatdırdı ki, gündəliyə ölkəmizin bir sıra rayonları arasında ərazi məsələləri üzrə mübahisələrə dair icra hakimiyyətlərinin Milli Məclisə ünvanladıqları müraciətlərlə əlaqədar məsələlər daxil edilib.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət borcu haqqında”, “Büdcə sistemi haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.
Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyasında ilk iclası keçirildi
Sentyabrın 27-də Milli Məclisin Gənclər və idman komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. Əvvəlcə komitənin sədri Fuad Muradov sentyabrın 26-da ölkəmizdə uğurla keçirilmiş referendum münasibətilə təbriklərini çatdırdı. Sonra iclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər və bu ilin payız sessiyasının qanunvericilik işləri planından danışıldı.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirildi
Sentyabrın 21-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi.
AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2016-cı ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı iclası açaraq gündəlik barədə məlumat verdi.
Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirildi
Sentyabrın 20-də Milli Məclisin Səhiyyə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. İclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər və bu ilin payız sessiyasının qanunvericilik işləri planından danışıldı.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası keçirildi.Komitə sədri Ziyad Səmədzadə 2016-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitənin gördüyü işlər və 2016-cı ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı barədə məlumat verdi. Bildirdi ki, hesabat dövründə komitənin 18 iclası keçirilmiş, 76 məsələ, o cümlədən 75 qanun layihəsi müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunmuş və qəbul edilmişdir.
Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirildi
Sentyabrın 16-da Milli Məclisin Aqrar siyasət komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. İclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər və bu ilin payız sessiyasının qanunvericilik işləri planından danışıldı.
MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 16-da Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirildi.Komitənin sədri Rafael Hüseynov əvvəlcə 2016-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verdi. Bildirdi ki, sessiya dövründə komitənin iki iclası keçirilib və bir sıra qanun layihələri müzakirə edilib. Hesabat dövründə komitədə ayrı-ayrı vətəndaşlardan, habelə idarə, müəssisə və təşkilatlardan daxil olmuş 210 müraciətə baxılıb, tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib.
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Sentyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2016-cı ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli deputatları yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdikdən sonra gündəlikdəki Əmək Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsini şərh etdi. Bildirildi ki, Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsində müvafiq ixtisar aparılıb.
TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 16-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Valeh Ələsgərov millət vəkillərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi.Sonra Valeh Ələsgərov iclas iştirakçılarını komitədə cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərin hesabatı ilə tanış etdi.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin 2016-cı ilin payız sessiyasında ilk iclası keçirildi. Komitənin sədri Arif Rəhimzadə 2016-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlərin hesabatını təqdim etdi. O, yaz sessiyasında 4 iclasın keçirildiyini, 6 məsələnin müzakirə olunduğunu, komitənin ünvanına gələn 327 məktub, təklif və ərizəyə baxıldığını, 725 vətəndaşın millət vəkilləri tərəfindən qəbul edildiyini dedi.

