Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
303

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 16-da Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirildi.Komitənin sədri Rafael Hüseynov əvvəlcə 2016-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verdi. Bildirdi ki, sessiya dövründə komitənin iki iclası keçirilib və bir sıra qanun layihələri müzakirə edilib. Hesabat dövründə komitədə ayrı-ayrı vətəndaşlardan, habelə idarə, müəssisə və təşkilatlardan daxil olmuş 210 müraciətə baxılıb, tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib.

16 sentyabr 2016    06:09
350

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Sentyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2016-cı ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli deputatları yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdikdən sonra gündəlikdəki Əmək Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsini şərh etdi. Bildirildi ki, Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsində müvafiq ixtisar aparılıb.

16 sentyabr 2016    04:09
355

TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 16-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Valeh Ələsgərov millət vəkillərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi.Sonra Valeh Ələsgərov iclas iştirakçılarını komitədə cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərin hesabatı ilə tanış etdi.

16 sentyabr 2016    04:09
330

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin 2016-cı ilin payız sessiyasında ilk iclası keçirildi. Komitənin sədri Arif Rəhimzadə 2016-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlərin hesabatını təqdim etdi. O, yaz sessiyasında 4 iclasın keçirildiyini, 6 məsələnin müzakirə olunduğunu, komitənin ünvanına gələn 327 məktub, təklif və ərizəyə baxıldığını, 725 vətəndaşın millət vəkilləri tərəfindən qəbul edildiyini dedi.

09 sentyabr 2016    06:09
338

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 9-da Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli iclası açaraq gündəlikdəki məsələləri diqqətə çatdırdı.

09 sentyabr 2016    06:09
395

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyası ərəfəsində ilk iclası keçirildi. İclası açan komitə sədri Əli Hüseynli bildirdi ki, Milli Məclisin yaz və növbədənkənar sessiyası dövründə komitənin 21 iclası keçirilib və bu iclaslarda 86 məsələ müzakirə olunub. Onun sözlərinə görə, komitə tərəfindən payız sessiyasında müzakirəyə çıxarılmaq üçün 17 qanun layihəsi hazırlanıb.

08 sentyabr 2016    07:09
337

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

İyunun 7-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. İclası açan komitə sədri Əhliman Əmiraslanov əvvəlcə gündəlikdəki “Dərman vasitələri haqqında” qanunda edilən dəyişikliklərlə bağlı fikirlərini bildirdi. O, vurğuladı ki, ölkəmizdə son vaxtlar dərman vasitələrinin keyfiyyətinin artırılması, qiymətlərinin tənzimlənməsi, dərman idxalı sahəsində mövcud olan problemlərin aradan qaldırılması sahəsində xeyli iş görülmüşdür. Əvvəllər dərman bazarında pərakəndəlik hökm sürürdü. Eyniadlı dərman vasitələri hər aptekdə fərqli qiymətə satılırdı.

09 iyun 2016    05:06
484

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

İyunun 8-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin üçüncü oxunuşu, “Notariat haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı məsələlər daxil edilib.

08 iyun 2016    07:06
471

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

İyunun 7-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Elm və təhsil komitəsi ilə birgə keçirdikləri iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” məsələyə baxıldı. Qanun layihəsini Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim etdi.

07 iyun 2016    06:06
373

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

İyunun 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyə 3 məsələ daxil edilmişdi.Komitə sədri Əli Hüseynli diqqətə çatdırdı ki, ilk iki məsələ “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklər edilməsi barədədir.

06 iyun 2016    05:06
424

TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNİN İCLASINDA

İyunun 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirildi. İclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, digər komitələrdən olan millət vəkilləri iştirak edirdilər.

06 iyun 2016    04:06
416

ELM və TƏHSİL KOMİTƏSİNDƏ

İyunun 2-də Milli Məclisin Elm və təhsil komitəsində “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. İclasda qanun layihəsini təqdim edən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, ölkədə elmin inkişafına əsaslı təkan verəcək bu sənədin müzakirəsi zamanı parlamentin plenar iclasında deputatlar çox dəyərli təkliflər səsləndiriblər. Nəticədə sənəd ikinci oxunuşdan sonra daha da təkmilləşdirilib.

02 iyun 2016    05:06
420

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Mayın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Toxumçuluq haqqında”, “Taxıl haqqında”, “Çayçılıq haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.

31 may 2016    06:05
437

İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Mayın 25-də İnsan hüquqları komitəsinin növbəti iclası keçirildi. Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova iclasın 28 May Respublika günü ərəfəsinə təsadüf etdiyini vurğuladı, təbriklərini çatdırdı. Bildirildi ki, bu tarixi gün Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ərazi bütövlüyünün təmin olunması kimi ölkəmizdə hər il əlamətdar hadisə olaraq qeyd edilir.

25 may 2016    07:05
419

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Mayın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Əvvəlcə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə baxıldı. Komitə sədri Ziyad Səmədzadə 2015-ci ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu illərdən biri olduğunu bildirdi. Qeyd edildi ki, qanuna uyğun olaraq hər ilin may ayında dövlət büdcəsinin icrası haqqında sənəd Milli Məclisə təqdim olunaraq müzakirə edilir.

20 may 2016    05:05
412

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Mayın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib. Komitə sədriqanunun birinci oxunuşda müzakirəsindən sonra sənədin xeyli təkmilləşdirildiyini, 4 aya yaxın bir müddət ərzində işçi qrupu tərəfindən qanun layihəsi üzərində iş aparıldığını, layihəyə 6 yeni maddə, 50-dən artıq yeni müddəanın salındığını vurğuladı.

19 may 2016    11:05
482

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Mayın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, iclasın gündəliyinə dörd məsələ daxil edilmişdir. Bunlar “Dövlət qulluğu haqqında” Qanuna, Cəzaların İcrası və Cinayət məcəllələrinə dəyişikliklər və Hümbət Səlimovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi barədədir.

17 may 2016    07:05
400

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

Mayın 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova iclası açaraq gündəlik barədə məlumat verdi. Bildirildi ki, “Məlumat azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənəd müzakirə olunacaq.

16 may 2016    06:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.