Ana səhifə  /  XƏBƏRLƏR
123

ALMANİYA İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFI ÖNƏMLİDİR

Avqustun 9-da Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı, Cənubi Qafqaz üzrə dostluq qrupunun rəhbəri Karin Strenz ilə görüşdülər.

09 avqust 2016    05:08
148

BÖYÜK BRİTANİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

İyulun 27-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Böyük Britaniya parlamentinin nümayəndə heyəti arasında görüş keçirildi.

27 iyul 2016    07:07
123

ATƏT PA-nın 25-ci YAY SESSİYASINDA

Milli Məclis Sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Ülviyyə Ağayeva, Kamran Nəbizadə , Elşad Həsənov və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyasında iştirak etmək üçün iyunun 29-da Gürcüstanın paytaxtı Tbilisiyə səfərə yola düşəcəklər.

28 iyun 2016    04:06
131

QDİƏT PARLAMENT MƏCLİSİNİN SESSİYASINDA

Milli Məclisin komitə sədrlərinin müavinləri Eldar Quliyev, Musa Quliyev və Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 47-ci sessiyasında iştirak etmək üçün iyunun 27-dən iyulun 1-dək Rusiya Federasiyasında səfərdə olacaqlar.

24 iyun 2016    04:06
105

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 19-dan 26-dək Strasburqda səfərdə olacaqlar.

17 iyun 2016    01:06
107

DEPUTATLARIMIZ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Ağalar Vəliyev Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin anım mərasimində iştirak etmək üçün iyunun 16-da Türkiyəyə səfər edəcəklər.

16 iyun 2016    06:06
111

NATO PARLAMENT ASSAMBLEYASININ ROUZ-ROUT SEMİNARINDA

Milli Məclisin deputatları Kamran Bayramov və Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 92-ci Rouz-Rout seminarında iştirak etmək üçün iyunun 13-də Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcəklər.

10 iyun 2016    05:06
107

ATƏT PA-NIN XÜSUSİ NÜMAYƏNDƏSİ MİLLİ MƏCLİSDƏ

Mayın 27-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ilə görüşdülər. Qonağı salamlayan Milli Məclis Sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova onun ölkəmizə çox gözəl bir bayram – 28 May Respublika günü ərəfəsində gəldiyini dedi.

27 may 2016    08:05
117

“GƏNCLİK və QLOBAL ÇAĞIRIŞLAR” KONFRANSININ İŞTİRAKÇILARI MİLLİ MƏCLİSDƏ

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənclik və qlobal çağırışlar” konfransının iştirakçıları mayın 27-də Milli Məclisdə oldular. Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova Beynəlxalq Gənc Demokratlar Birliyi – İYDU, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı – İCAPP və Avropa Demokrat Gənclər Birliyi – DEMYC adlı beynəlxalq gənclər təşkilatlarının təmsilçilərini mehribanlıqla salamladı. Gözəl bayram ərəfəsində Bakıya gəldiklərini vurğulayaraq, 28 May – Respublika günü münasibətilə keçirilən bugünkü tədbirdə Prezident İlham Əliyevin ölkəmizin keçdiyi inkişaf yoluna dair müfəssəl məruzə etdiyini bildirdi. Azərbaycan gəncliyinin böyük nailiyyətlərə imza atdığını dedi.

27 may 2016    07:05
126

AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ ÇEXİYADA SƏFƏRDƏ OLUB

Xəbər verildiyi kimi, Çexiya Respublikasının Nümayəndələr Palatasının sədri, Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri cənab Yan Hamaçekin dəvəti ilə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Valeh Ələsgərovun başçılığı ilə deputatlar Kamilə Əliyeva, Ülviyyə Ağayeva, Vüsal Hüseynov mayın 23-dən 26-dək Çexiya Respublikasında səfərdə olmuşlar.

27 may 2016    07:05
94

AŞPA-nın MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü deputat Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün mayın 31-dən iyunun 2-dək Fransanın paytaxtı Paris şəhərində səfərdə olacaq.

27 may 2016    06:05
114

İTALİYA SENATININ NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Mayın 26-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İtaliya Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri Vannino Kitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.Qonaqları salamlayan komitənin sədr müavini Sevinc Fətəliyeva ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən söz açdı.

26 may 2016    06:05
133

AZƏRBAYCAN - İTALİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Mayın 26-da Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan İtaliya Senatının Avropa İttifaqının Siyasəti Daimi Komissiyasının sədri Vannino Kitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.Qonaqları salamlayan millət vəkili, işçi qrupun rəhbəri Azər Kərimli bildirdi ki, Azərbaycan dünya dövlətləri, o cümlədən İtaliya ilə əlaqələrin inkişafına böyük önəm verir.

26 may 2016    06:05
140

NATO PA-nın YAZ SESSİYASI ALBANİYADA KEÇİRİLƏCƏK

Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Kamran Bayramov qurumun yaz sessiyasında iştirak etmək üçün mayın 27-dən iyunun 1-dək Albaniyanın paytaxtı Tirana şəhərində səfərdə olacaqlar.

26 may 2016    01:05
123

VİTSE-SPİKER QAZAXISTANA SƏFƏR EDƏCƏK

Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Qazaxıstanın parlament Senatı rəhbərliyinin təşkilatçılığı ilə keçiriləcək “Dinlər terrorizmə qarşı” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün mayın 29-dan iyunun 1-dək bu ölkədə səfərdə olacaq.

24 may 2016    12:05
136

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Monitorinq və Siyasi işlər komitələrinin iclaslarında iştirak etmək üçün mayın 22-dən 25-dək Parisdə səfərdə olacaqlar.

20 may 2016    11:05
109

AŞPA-nın MONİTORİNQ KOMİTƏSİNDƏ

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanov qurumun Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün mayın 22-də Fransanın paytaxtı Parisə səfərə yola düşəcək.

20 may 2016    10:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.