Ana səhifə  /  XƏBƏRLƏR
122

TÜRKPA-nın KOMİSSİYASINDA

Milli Məclisin deputatı, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova komissiyanın iclasında iştirak etmək üçün mayın 22-dən 25-dək Qazaxıstanın paytaxtı Astanada səfərdə olacaq.

20 may 2016    10:05
112

DEPUTATLARIMIZ ÇEXİYAYA SƏFƏR EDƏCƏKLƏR

Milli Məclis Sədrinin müavini, Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Valeh Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 23-dən 26-dək Çexiya Respublikasında səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə deputatlardan Kamilə Əliyeva, Vüsal Hüseynov və Ülviyyə Ağayeva daxildirlər.

20 may 2016    07:05
109

DEPUTATLARIMIZ TACİKİSTANDA REFERENDUMU MÜŞAHİDƏ EDƏCƏKLƏR

Milli Məclisin deputatları İqbal Məmmədov və Rüfət Quliyev Tacikistan Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu müşahidə etmək üçün mayın 21-də bu ölkənin paytaxtı Düşənbə şəhərinə səfər edəcəklər.

20 may 2016    04:05
122

DEPUTATLARIMIZ SLOVENİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Ağalar Vəliyev mayın 22-də Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər edəcəklər.

20 may 2016    04:05
102

QDİƏT PM-nin KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini Musa Quliyev qurumun Hüquqi və siyasi məsələlər komitəsinin 47-ci iclasında iştirak etmək üçün mayın 22-də Yunanıstanın paytaxtı Afina şəhərinə səfər edəcək.

20 may 2016    03:05
102

AZƏRBAYCAN – İNDONEZİYA DOSTLUQ TELLƏRİ MÖHKƏMLƏNİR

Mayın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvlərinin ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin deputatları ilə görüşü oldu. Qonaqları salamlayan komitə sədri Səməd Seyidov onlara rəhbərlik elədiyi komitənin işi, qanun yaradıcılığı prosesi barədə məlumat verdi. O, xalqlarımız arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirdi və İndoneziyanın hər zaman beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyini vurğuladı.

19 may 2016    11:05
132

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 18-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzləri ölkəmizdə səfərdə olan İndoneziya Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşdü.

19 may 2016    10:05
109

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 19-da Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin rəhbəri Yelena Aymone Sessera ilə görüşdü.

19 may 2016    05:05
109

DEPUTATIMIZ LATVİYAYA SƏFƏR EDƏCƏK

Milli Məclisin deputatı Kamran Bayramov Latviya Yerli İdarəetmələr İttifaqının növbəti Konqresində iştirak etmək üçün mayın 19-dan 24-dək bu ölkəyə səfər edəcək. Paytaxt Riqa şəhərində keçirilən toplantıda qurumun illik fəaliyyətinə həsr olunmuş hesabat məruzəsi dinləniləcək, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılacaq.

18 may 2016    05:05
117

BEYNƏLXALQ TƏDBİRLƏRDƏ

Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov Avropa Şurası Parlament Assambleyasının Hüquqi İşlər və İnsan haqları komitəsinin iclasında iştirak etmək üçün mayın 16-dan 19-dək İtaliyanın Roma şəhərində səfərdə olacaqlar.

16 may 2016    01:05
114

DEPUTATLARIMIZ LİTVADA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin deputatları, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, üzvləri Muxtar Babayev və Elşad Həsənov mayın 15-də Vilnüs şəhərinə səfər edəcəklər.

13 may 2016    06:05
112

TÜRKPA-nın KOMİSSİYA İCLASINDA

Mayın 17-də Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının beşinci iclası keçiriləcək. Milli Məclisin deputatı Cavanşir Feyziyev tədbirdə iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

13 may 2016    05:05
109

MİLLİ MƏCLİSİN DEPUTATI KONFRANSDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının və Baltik Nazirlər Şurasının təşkil etdiyi konfransda iştirak etmək üçün mayın 12-dən 14-dək Latviyanın Riqa şəhərində səfərdə olacaq.

11 may 2016    07:05
124

AŞPA-NIN KOMİTƏLƏRİNDƏ

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün mayın 11-dən 15-dək Almaniyanın Berlin şəhərində səfərdə olacaq. Sonra deputatımız Bərabərlik və qeyri-diskriminasiya komitəsinin Alt komitəsinin iclasına qatılmaq üçün mayın 16-19-da İsveçin Stokholm şəhərinə, Büro və Daimi komitənin iclaslarında iştirak etmək üçün mayın 25-28-də Estoniyanın paytaxtı Tallin şəhərinə səfər edəcək.

11 may 2016    05:05
119

DEPUTATLARIMIZ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Sevinc Hüseynova, Sədaqət Vəliyeva mayın 12-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklər.

11 may 2016    04:05
127

MİLLİ MƏCLİSİN DEPUTATLARI ALMANİYADA SƏFƏRDƏDİRLƏR

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev və deputat Rasim Musabəyov mayın 9-dan Almaniyanın Berlin şəhərində səfərdədirlər.

10 may 2016    04:05
109

DEPUTATIMIZ İRANA SƏFƏR EDƏCƏK

Milli Məclisin deputatı Tahir Kərimli mayın 6-da İran İslam Respublikasının Təbriz şəhərinə səfər edəcək.

06 may 2016    06:05
116

AZƏRBAYCAN - YAPONİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Mayın 6-da Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın ölkəmizdə səfərdə olan Yaponiya Nümayəndələr Palatasının və ölkənin hakim Liberal Demokrat Partiyasının üzvləri ilə görüşü oldu. Qonaqları səmimi salamlayan Bahar Muradova qeyd etdi ki, Azərbaycan Yaponiya ilə əlaqələrin inkişafına çox ciddi əhəmiyyət verir. Gündoğar ölkənin dərin tarixi kökləri, qədim mədəniyyəti, güclü müasir inkişafı, qüdrətli elmi və iqtisadi nailiyyətləri Azərbaycanda dərin maraq yaradır.

06 may 2016    06:05
116

İŞGÜZAR SƏFƏRDƏ

Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev mayın 10-dan Avropa ölkələrində işgüzar səfərdə olacaq.

06 may 2016    04:05
137

PARLAMENTLƏRARASI FUTBOL TURNİRİ KEÇİRİLƏCƏKDİR

Mayın 7-8-də Türkiyənin Antalya şəhərində parlamentlərarası futbol turniri keçiriləcəkdir. Turnirdə Azərbaycan, Türkiyə, Polşa və Ukraynanın parlament futbol komandaları iştirak edəcəklər.

05 may 2016    04:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.