Ana səhifə  /  XƏBƏRLƏR
166

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 9-da Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, GUAM PA-nın sədri Azər Kərimli ölkəmizdə səfərdə olan GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşdü.

09 fevral 2016    06:02
123

MİLLİ MƏCLİSİN DEPUTATLARI İSRAİLDƏ SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Yevda Abramov fevralın 9-dan 12-dək İsraildə səfərdə olacaqlar.

05 fevral 2016    04:02
134

ATƏT PA NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Yanvarın 25-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri bu təşkilatın ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüşdülər. Qonaqları salamlayan Milli Məclis Sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-Azərbaycan əməkdaşlığından ətraflı söhbət açdı. Qeyd olundu ki, ölkəmiz ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı təşkilatın dəyərlərinin regionda bərqərar olmasının ən fəal təbliğatçısıdır.

25 yanvar 2016    05:01
108

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 30-dək Strasburqda səfərdə olacaqlar.

23 yanvar 2016    11:01
109

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ PARLAMENT İTTİFAQI KONFRANSININ SESSİYASINDA

Yanvarın 24-25-də İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 11-ci sessiyası keçiriləcək. Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov tədbirdə iştirak etmək üçün İraqın paytaxtı Bağdad şəhərinə səfər edəcəklər.

21 yanvar 2016    04:01
127

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Dekabrın 27-də Ermənistanın bəzi kütləvi informasiya vasitələrində “Armenian Cyber Army” xaker qrupu tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin saytının sındırıldığı barədə həqiqətə uyğun olmayan informasiyalar yayılmışdır.

29 dekabr 2015    03:12
201

AŞPA-NIN HÜQUQİ İŞLƏR VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Dekabrın 8-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan hüquqları komitəsinin iclası keçiriləcək. Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov iştirak edəcək.

04 dekabr 2015    10:12
118

AŞPA-NIN BÜRO VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-dan 8-dək Brüsseldə səfərdə olacaqlar.

04 dekabr 2015    10:12
109

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Dekabrın 2-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Administrasiyasının başçısı Boris Lojkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

02 dekabr 2015    05:12
111

AVROPA ŞURASININ TƏDBİRİNDƏ

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurasının Şimal-Cənub Mərkəzinin təşkil etdiyi “Lissabon Forumu-2015”-də iştirak etmək üçün dekabrın 2-də Portuqaliyaya səfər edəcək.

01 dekabr 2015    05:12
133

AŞPA-NIN KOMİTƏLƏRİNDƏ

Dekabrın 2-dən 4-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, həmçinin Mədəniyyət, elm, təhsil və media komitələrinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Sahibə Qafarova iştirak edəcəklər.

30 noyabr 2015    02:11
108

ATƏT PARLAMENT ASSAMBLEYASININ BÜRO İCLASINDA

Dekabrın 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyası Bürosunun iclası keçiriləcək. İclasda Milli Məclisin deputatı Azay Quliyev iştirak edəcək.

30 noyabr 2015    02:11
127

MDB PA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputat Rasim Musabəyov və Milli Məclis Sədrinin köməkçisi, MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov MDB Parlament Assambleyasının tədbirlərində iştirak etmək üçün noyabrın 25-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə yola düşüblər.

25 noyabr 2015    04:11
116

QDİƏT PARLAMENT MƏCLİSİNİN SESSİYASINDA

Milli Məclisin QDİƏT PM-dəki nümayəndə heyəti rəhbərinin vəzifəsini icra edən, qurumun sədr müavini, deputat Musa Quliyev noyabrın 25-də Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfər edəcək.

24 noyabr 2015    05:11
114

AŞ PA-nın İCLASLARINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova qurumun iclaslarında iştirak etmək üçün noyabrın 25-də Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfərə yola düşəcəklər. Noyabrın 26-da deputat Elxan Süleymanov da nümayəndə heyətinə qoşulacaq.

24 noyabr 2015    03:11
114

AŞPA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün noyabrın 22-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.

20 noyabr 2015    05:11
113

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ TƏDBİRLƏRİNDƏ

Noyabrın 5-də İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yüksək vəzifəli şəxslər Komitəsinin və Parlament Məclisinin daimi Komitəsinin birgə iclası, həmçinin QDİƏTPM-in reqlamenti üzrə işçi qrupunun toplantısı keçiriləcəkdir. Tədbirlərdə bu təşkilatın sədr müavini, Milli Məclisin bu qurumdakı nümayəndə heyəti rəhbərinin vəzifəsini icra edən deputat Musa Quliyev iştirak edəcəkdir.

04 noyabr 2015    11:11
109

AŞPA-nın SİYASİ İŞLƏR KOMİTƏSİNDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün noyabrın 3-dən 5-dək Fransada səfərdə olacaqlar.

30 oktyabr 2015    10:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.