Ana səhifə  /  XƏBƏRLƏR
100

AVROPA KOMİSSİYASININ DƏSTƏYİ İLƏ KEÇİRİLƏCƏK KONFRANSDA

Milli Məclisin deputatı Rasim Musabəyov “Minsk dialoqu” mövzusunda konfransda iştirak etmək üçün martın 26-dan 28-dək Belarus Respublikasında səfərdə olacaq.Ölkənin paytaxtı Minsk şəhərində keçiriləcək toplantı Avropa Komissiyasının dəstəyi, Belarus Liberal Klubu və Ostroqorsk Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

19 mart 2015    03:03
128

MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN SEMİNARINDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Seçkili orqanlar: fəaliyyətin şəffaflığı və cavabdehlik” mövzusuna həsr olunmuş seminarda iştirak etmək üçün martın 25-də İstanbula yola düşəcəkdir.

19 mart 2015    03:03
113

AŞPA-NIN KOMİTƏLƏRİNDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün martın 22-dən 25-dək Fransada səfərdə olacaqlar.

18 mart 2015    05:03
124

AŞPA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 19-da Fransanın paytaxtı Parisə səfərə yola düşəcək.

18 mart 2015    03:03
101

AŞPA MƏRUZƏÇİSİNİN DEPUTATLARLA GÖRÜŞÜNDƏ

Martın 12-də Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Volterlə görüşü oldu.

13 mart 2015    06:03
124

AŞPA-nın DAĞLIQ QARABAĞ ÜZRƏ MƏRUZƏÇİSİ PARLAMENTDƏ

Azərbaycanda faktaraşdırıcı səfərdə olan AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Volter martın 12-də Milli Məclisdə AŞPA-dakı nümayəndə heyətimizin üzvləri ilə görüşdü.

13 mart 2015    06:03
95

AŞPA-NIN KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Elxan Süleymanov AŞPA Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün martın 16-dan 19-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.Tədbirdə Monako və Monteneqro ilə monitorinq sonrası dialoq aparılacaq, bu ölkələrin AŞPA qarşısındakı öhdəliklərinin icrası vəziyyəti araşdırılacaq.

13 mart 2015    04:03
118

AVROPA ŞURASI PA-nın KOMİTƏLƏRİNDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev qurumun komitə iclaslarında iştirak etmək üçün martın 15-də Fransanın paytaxtı Parisə səfərə yola düşəcəklər.

13 mart 2015    03:03
411

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Martın 11-də Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Bahar Muradova ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə əlaqələndiricisi və Xüsusi nümayəndəsi Mədinə Yarbuzinovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

11 mart 2015    06:03
98

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI KOMİTƏLƏRİNİN İCLASLARI KEÇİRİLƏCƏK

Martın 11-də və 12-də Niderland Krallığının Haaqa şəhərində Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media, martın 18-də isə Parisdə bu qurumun Hüquqi işlər və insan haqları komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatı Rafael Hüseynov iştirak edəcək.

10 mart 2015    02:03
105

NYU-YORKDA GENDER MƏSƏLƏLƏRİNƏ DAİR SESSİYA KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Gender bərabərliyi üzrə alt komitəsinin sədri kimi BMT-nin Qadınların statusuna dair beynəlxalq komissiyasının 59-cu sessiyasında iştirak etmək üçün martın 7-dən 14-dək ABŞ-ın Nyu-York şəhərində səfərdə olacaq.

05 mart 2015    01:03
99

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO VƏ DAİMİ KOMİTƏ İCLASLARINDA

Martın 5-də və 6-da Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

03 mart 2015    03:03
129

AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ MİLLİ MƏCLİSDƏ

Martın 2-də ölkəmizdə səfərdə olan AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə görüşdülər.

02 mart 2015    07:03
101

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Martın 2-də Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan qurumun həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeuş İvinski (Polşa) ilə görüşdülər. Qonaqları salamlayan parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Tadeuş İvinskini Azərbaycan üzrə məruzəçi seçilməsi münasibəti ilə təbrik etdi, ona bu çətin və məsuliyyətli dönəmdə uğurlar arzuladı.

02 mart 2015    06:03
111

QDİƏT PARLAMENT MƏCLİSİNDƏ

Milli Məclisin deputatları Musa Quliyev və Ayaz Orucov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin işçi qrupunun iclasında iştirak etmək üçün martın 1-dən 4-dək Türkiyədə səfərdə olacaqlar.

26 fevral 2015    04:02
121

XOCALI QURBANLARININ XATİRƏSİ ANILACAQ

Milli Məclisin deputatı Fuad Muradov Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün fevralın 24-dən İsrailin Akko şəhərində, fevralın 26-dan isə Rusiya Federasiyasının paytaxtı Moskvada səfərdə olacaq. * * * Milli Məclisin deputatları Asim Mollazadə və Sevinc Fətəliyeva Xocalı soyqırımına həsr olunmuş anım mərasimlərində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda və ölkənin bir sıra ştatlarında olacaqlar.

25 fevral 2015    05:02
108

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatları Xanlar Fətiyev, Siyavuş Novruzov və Rauf Əliyev Berlində fəaliyyət göstərən “Azərbaycan Evi” Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 25-dən martın 2-dək Almaniyada səfərdə olacaqlar.* * *Milli Məclisin deputatları Aydın Mirzəzadə, Azər Badamov və Rüfət Quliyev fevralın 27-dən martın 2-dək Tacikistana səfər edəcəklər.

24 fevral 2015    10:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.