Ana səhifə  /  XƏBƏRLƏR
122

AZƏRBAYCAN - ƏFQANISTAN DOSTLUQ TELLƏRİ MÖHKƏMLƏNİR

Mayın 19-da Milli Məclisin Azərbaycan - Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Əfqanıstan parlament nümayəndə heyəti ilə görüşü oldu.

19 may 2014    06:05
137

MDB Parlamentlərarası Assambleyasının komissiyalarında

Mayın 21-22-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları, İqtisadiyyat və maliyyə, həmçinin Hüquq məsələləri üzrə daimi komissiyalarının iclasları keçiriləcəkdir. İclaslarda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Hacı Salayev və Rüstəm Xəlilov iştirak edəcəklər.

19 may 2014    05:05
84

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədr müavini Sevinc Fətəliyeva ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikası Milli Məclisinin Yuxarı Palatasının Beynəlxalq əlaqələr komissiyasının sədri Nisar Ahmad Haresin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdü.

19 may 2014    05:05
68

KÜVEYTDƏ AZƏRBAYCAN PREZİDENTİNƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov mayın 18-dən 22-dək Küveyt Dövlətində səfərdə olacaq. Küveytin “Suad Əl-Sabah” nəşriyyat və yayım evində Azərbaycan səfirliyinin təşəbbüsü ilə deputat-yazıçının müəllifi olduğu “Görkəmli adamların həyatı” silsiləsindən ərəb dilində çapdan çıxmış “İlham Əliyev - Bioqrafiya davam edir…” adlı kitabının təqdimat mərasimi keçiriləcək.

16 may 2014    03:05
78

MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın sabiq sədri, İtaliya parlamentini bu qurumda təmsil etmiş Rikkardo Milyori ilə görüşüb.

15 may 2014    05:05
149

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ MONİTORİNQ KOMİTƏSİNDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin iclasında iştirak etmək üçün mayın 15-dən 18-dək Parisdə səfərdə olacaqdır.

14 may 2014    03:05
71

QDİƏT PARLAMENT MƏCLİSİNİN BAŞ ASSAMBLEYASININ İCLASINDA

Milli Məclisin deputatları Asəf Hacıyev, Jalə Əliyeva, Mübariz Qurbanlı, Ayaz Orucov və Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 43-cü plenar iclasında iştirak etmək üçün Yunanıstanın paytaxtı Afinada səfərdə olacaqlar.

08 may 2014    04:05
81

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatları Rafael Hüseynov və Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Media üzrə alt komitəsinin iclasında və media məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün mayın 11-dən 14-dək İstanbulda səfərdə olacaqlar.

08 may 2014    04:05
82

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 7-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İtaliya Senatının Müdafiə Komissiyasının sədri Nikola Latorrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

07 may 2014    06:05
89

AŞPA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 6-dan Yunanıstanın paytaxtı Afinada səfərdə olacaq.

06 may 2014    03:05
137

YALAN AYAQ TUTAR, YERİMƏZ

Bu günlərdə “Transparency İnternational” təşkilatının Azərbaycan üzrə bölməsi - “Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi ölkəmiz, o cümlədən Milli Məclis haqqında həqiqətə uyğun olmayan qərəzli hesabat yaymışdır. Şər və böhtan dolu bu sənəd geniş ictimaiyyətin, o cümlədən parlamentin mayın 2-də keçirilən iclasında deputatların narazılığına və tənqidinə səbəb olmuşdur.

02 may 2014    07:05
74

SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Aprelin 30-da Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli gündəlikdəki məsələlərlə deputatları tanış etdi.

01 may 2014    10:05
181

AZƏRBAYCAN – İSRAİL ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Mayın 1-də Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.

01 may 2014    04:05
306

MİLLİ MƏCLİSDƏ İSRAİLLİ GƏNCLƏRLƏ GÖRÜŞ

Mayın 1-də Milli Məclis Sədrinin müavini Bahar Muradovanın İsrailin Beiteinu Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşü oldu.Gənc partiya liderlərini parlament rəhbərliyi adından salamlayan Bahar Muradova iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən söz açdı, Azərbaycanla İsrail arasındakı əlaqələrin tarixi köklərə söykəndiyini dedi.

01 may 2014    04:05
74

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Muxtar Babayev, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Yevda Abramov və Cavanşir Paşazadə aprelin 25-dən mayın 5-dək ABŞ-ın Vaşinqton şəhərində səfərdə olacaqlar.

25 aprel 2014    05:04

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.