Ana səhifə  /  XƏBƏRLƏR
87

OKLAHOMA SENATININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatı Senatının nümayəndələrindən ibarət nümayəndə heyəti oktyabrın 22-də Milli Məclisdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşdülər.

23 oktyabr 2013    05:10
117

BALTİK FORUMUNDA

Milli Məclisin deputatları Fuad Muradov, Çingiz Əsədullayev və Rövşən Rzayev oktyabrın 23-də Latviyanın Riqa şəhərinə səfərə yola düşəcəklər.

22 oktyabr 2013    03:10
74

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, qurumun İqtisadiyyat, ticarət, texnologiya və ətraf mühit məsələləri komitəsinin sədri, deputat Musa Quliyev oktyabrın 20-də Türkiyəyə səfər edəcəklər.

18 oktyabr 2013    05:10
212

ATƏT PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün oktyabrın 12-dən 16-dək Monteneqronun Budva şəhərində səfərdə olacaqdır.

11 oktyabr 2013    04:10
74

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün oktyabrın 11-də Monteneqronun Budva şəhərinə yola düşəcəkdir.

11 oktyabr 2013    04:10
76

MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

Oktyabrın 8-də Milli Məclisin Azərbaycan-Serbiya parlamentlərarası işçi qrupunun üzvləri prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan deputat İrena Vuyoviçin başçılıq etdiyi Serbiya parlamentinin nümayəndə heyəti ilə görüşdülər.

08 oktyabr 2013    06:10
275

AZƏRBAYCAN REGİONDA BÖYÜK ROLA MALİK ÖLKƏDİR

Oktyabrın 8-də Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT PA-da daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupu sədrinin müavini, ölkəmizdə keçiriləcək prezident seçkilərini beynəlxalq müşahidə üzrə ATƏT PA missiyasının üzvü Antonio Ramos Preto ilə görüşdü.

08 oktyabr 2013    05:10
84

İsrail Azərbaycanın həm dostu, həm də müttəfiqidir

Oktyabrın 7-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləriABŞ-ın Sovet Yəhudiləri üzrə Milli Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdülər.

08 oktyabr 2013    01:10
73

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

Sentyabrın 30-dan oktyabrın 4-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.

27 sentyabr 2013    05:09
89

DEPUTATLARIMIZ DƏYİRMİ MASADA İŞTİRAK EDİBLƏR

Milli Məclisin deputatları Asim Mollazadə və Fuad Muradov Belçikanın paytaxtı Brüsseldə “Azərbaycanda insan hüquqları: prezident seçkiləri ərəfəsində ifadə və sərbəst toplaşma azadlığı” mövzusunda keçirilən Dəyirmi Masada iştirak ediblər.

25 sentyabr 2013    12:09
145

AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR

Sentyabrın 24-də ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri Milli Məclisdə Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdülər.

24 sentyabr 2013    04:09
75

DEPUTATIMIZ BEYNƏLXAQL TƏDBİRDƏ İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Məlahət İbrahimqızı sentyabrın 24-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Millət vəkili burada təşkil olunmuş NATO Parlament Assambleyasının Avropa Parlamenti ilə birgə seminarında iştirak edəcək.

23 sentyabr 2013    05:09
164

AVRONEST PARLAMENT ASSAMBLEYASININ SEMİNARI KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov və deputat Rasim Musabəyov sentyabrın 17-də Litvanın Vilnüs şəhərinə yola düşəcəklər.

17 sentyabr 2013    02:09
67

AŞPA-NIN KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 15-dən 18-dək Madriddə səfərdə olacaqdır.

14 sentyabr 2013    01:09
92

MDB PA-NIN DAİMİ KOMİSSİYALARINDA

Milli Məclisin deputatları Rüfət Quliyev və Rasim Musabəyov MDB Parlamentlərarası Assambleyasının Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün sentyabrın 12-dən 16-dək Qırğızda səfərdə olacaqlar.

11 sentyabr 2013    06:09
113

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO İCLASI KEÇİRİLƏCƏK

Sentyabrın 2-də Xorvatiyanın Dubrovnik şəhərində Avropa Şurası Parlament Assambleyası Bürosunun iclası keçiriləcək. İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

30 avqust 2013    05:08

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.