Ana səhifə  /  XƏBƏRLƏR
114

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO İCLASI KEÇİRİLƏCƏK

Sentyabrın 2-də Xorvatiyanın Dubrovnik şəhərində Avropa Şurası Parlament Assambleyası Bürosunun iclası keçiriləcək. İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

30 avqust 2013    05:08
67

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Avqustun 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Amerika Birləşmiş Ştatları Konqres üzvlərinin köməkçiləri ilə görüşdülər. Komitənin sədri Səməd Seyidovzəngin tarixi mədəniyyətə, təbii sərvətlərə sahib olan Azərbaycanın son illərdə qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən, reallaşdırdığı mühüm layihələrdən və ölkəmizdə həyata keçirilən beynəlxalq tədbirlərdən geniş söz açdı.

19 avqust 2013    04:08
130

AZƏRBAYCAN-KOREYA ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR

İyulun 12-də Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Milli müdafiə komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdü. Ziyafət Əsgərov bildirdi ki, Milli Məclis Azərbaycan-Koreya münasibətlərinə böyük önəm verir.

12 iyul 2013    03:07
116

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyulun 10-da Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının gənclər və idman naziri Mohammad Abbasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

10 iyul 2013    02:07
70

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisin deputatı Asim Mollazadə iyulun 10-da Gürcüstana işgüzar səfərə yola düşəcək.

08 iyul 2013    11:07
73

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Rüstəm Xəlilov və Tahir Rzayev iyulun 8-dən 12-dək İstanbulda səfərdə olacaqlar. * * * Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini Asəf Hacıyev, millət vəkilləri Mübariz Qurbanlı və Jalə Əliyeva QDİƏT PM Baş Assambleyasının 41-ci plenar iclasında iştirak etmək üçün iyulun 8-dən 20-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olacaqlar.

05 iyul 2013    06:07
109

DEPUTATIMIZ UKRAYNADA SƏFƏRDƏDİR

Milli Məclisin deputatı Ceyhun Osmanlı Ukraynanın paytaxtı Kiyevdə səfərdədir. Millət vəkili “Şərq tərəfdaşlığı ölkələrində əmək miqrasiyası” mövzusunda təşkil olunmuş konfransda iştirak edəcək.

04 iyul 2013    04:07
85

PARLAMENTDƏ GÖRÜŞ

İyunun 27-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.Komitənin üzvü Azər Kərimli qonaqları Azərbaycan parlamentində görməkdən məmnun olduğunu bildirərək qeyd etdi ki, iki ölkə arasındakı əlaqələrin əsası hələ 1970-ci illərdə qoyulmuşdur. Həmin dövrdə yüzlərlə vyetnamlı gənc Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alırdılar.

27 iyun 2013    04:06
106

ATƏT PA-nın 22-ci YAY SESSİYASINDA

Milli Məclis Sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız ATƏT PA-nın 22-ci yay sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar. Nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlar Azay Quliyev və Ağalar Vəliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev daxildirlər.

27 iyun 2013    03:06
96

AVRONEST PARLAMENT ASSAMBLEYASININ ÜÇÜNCÜ PLENAR SESSİYASI KEÇİRİLƏCƏK

Mayın 27-dən 29-dək Brüsseldə Avronest Parlament Assambleyasının III plenar sessiyası, Büro və daimi komitə iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti Elxan Süleymanovun başçılığı ilə parlament nümayəndə heyəti iştirak edəcəkdir.

27 iyun 2013    03:06
72

ROMADA DAHİ AZƏRBAYCAN ŞAİRİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov və deputat Azər Kərimli dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığana həsr olunmuş ədəbiyyat üzrə Avropa-Azərbaycan görüşündə iştirak etmək üçün iyunun 18-dən 22-dək İtaliyada səfərdə olublar.

22 iyun 2013    01:06
63

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASINDA

İyunun 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.

21 iyun 2013    05:06
97

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 19-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun Bakıda keçirilən Ombudsmanların XI Beynəlxalq konfransının iştirakçıları ilə görüşü oldu.

19 iyun 2013    06:06
82

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 14-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Meksika Senatının Enerji komitəsinin sədri senator David Pençina Qrubun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

14 iyun 2013    03:06
91

PARLAMENT XƏBƏRLƏRİ

İyunun 11-də Avropa Şurası Parlament Assambleyasının Avropa Şurası Üzv Dövlətləri Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi Üzrə Komitəsinin (Monitorinq Komitəsinin) həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşdülər.

11 iyun 2013    06:06
78

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 10-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Bosniya və Herseqovina Baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumçiyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

10 iyun 2013    06:06
95

MİLLİ MƏCLİSDƏ ƏFQANISTAN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

İyunun 10-da Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun Əfqanıstan İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.

10 iyun 2013    02:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.