Ana səhifə  /  XƏBƏRLƏR
77

GUAM PA-nın 5-ci İCLASI BAŞA ÇATDI

Dekabrın 20-də Milli Məclisdə GUAM Parlament Assambleyasının geniş tərkibli beşinci iclası öz işini davam etdirdi. Öncə GUAM PA-nın Sədri Elton Məmmədov çıxış edərək iclasın birinci günündə görülmüş işlərə nəzər saldı.

21 dekabr 2012    09:12
85

AZƏRBAYCAN – ÇİN ƏLAQƏLƏRİ GÜNBƏGÜN MÖHKƏMLƏNİR

Dekabrın 17-də Milli Məclisin Azərbaycan – Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Çin Xalq Siyasi Konsultativ Şurası Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.

19 dekabr 2012    10:12
87

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Dekabrın 14-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, iclasın gündəliyinə “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” ...

19 dekabr 2012    10:12
75

SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Dekabrın 13-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdi.

19 dekabr 2012    10:12
77

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Dekabrın 13-də Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycanda səfərdə olan ABŞ-ın Texas ştatının maliyyə naziri xanım Syuzan Kombs və ştat Senatının nümayəndələri ilə görüşdü.

13 dekabr 2012    06:12
81

ABŞ DÖVLƏT DEPARTAMENTİNİN NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Dekabrın 11-də Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

11 dekabr 2012    04:12
62

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Dekabrın 11-12-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları və Monitorinq komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar – Milli Məclisin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov və Rafael Hüseynov iştirak edəcəklər.

10 dekabr 2012    05:12
84

BEYNƏLXALQ PARLAMENT FORUMUNDA

Milli Məclis Sədrinin müavini Bahar Muradova və Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Beynəlxalq Parlament Forumunda iştirak etmək üçün bu ölkədə səfərdədirlər.

10 dekabr 2012    02:12
66

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Azay Quliyev Rumıniyada keçiriləcək parlament seçkilərini izləmək üçün dekabrın 7-də Buxarest şəhərinə səfər edəcəklər. * * * Sonra dekabrın 10-da Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Türkiyənin İstanbul şəhərinə yola düşəcək.

06 dekabr 2012    05:12
59

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Xəzər Strateji İnstitutunun enerji məsələlərinə həsr olunmuş forumunda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir. Deputatımız tədbirdə müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək, fikirlərini açıqlayacaq.

05 dekabr 2012    03:12
66

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASINDA

Dekabrın 3-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçiriləcəkdir. İclasda komitənin İrqçilik və ksenofobiya alt komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova iştirak edəcəkdir.

29 noyabr 2012    05:11
75

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO VƏ DAİMİ KOMİTƏ İCLASLARINDA

Andorranın Lavella şəhərində Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçirilir. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edir.

29 noyabr 2012    05:11
87

VİTSE-SPİKER MEKSİKAYA SƏFƏR EDİR

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Enrike Penya Nietonun andiçmə mərasimində iştirak etmək üçün noyabrın 29-da bu ölkəyə səfər edəcək.

28 noyabr 2012    05:11
81

DEPUTATLARIMIZ İTALİYADA SƏFƏRDƏDİR

Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlardan Rüfət Quliyev və Rövşən Rzayev İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Rosanno Boldinin dəvəti ilə bu ölkənin paytaxtı Romada səfərdədirlər.

28 noyabr 2012    04:11
64

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov təşkilatın xətti ilə keçirilən görüşdə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdədir. x x x Milli Məclisin deputatı Musa Qasımlı “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda keçiriləcək VII Beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 28-də Budapeşt şəhərinə səfər edəcək.

27 noyabr 2012    06:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.