Ana səhifə  /  XƏBƏRLƏR
72

TSETSKA TSAÇEVA: “Azərbaycanda Slavyan Universitetində bolqar dilinin tədrisindən çox məmnun oldum”

Noyabrın 27-də Milli Məclisin Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyasında iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Bolqarıstan Xalq Məclisinin sədri Tsetska Tsaçeva ilə görüşü keçirildi.

27 noyabr 2012    06:11
71

MİLLİ MƏCLİSDƏ QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRLƏRİ BAŞLANDI

Noyabrın 26-da Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 39-cu iclası keçirildi. İclasın açılışında QDİƏT PM-in vitse-prezidenti Asəf Hacıyev iştirakçıları salamlayaraq tədbirin böyük əhəmiyyət kəsb etdiyini bildirdi. QDİƏT PM Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Jalə Əliyeva komitənin fəaliyyəti, iclasın gündəliyi barədə ətraflı məlumat verdi.

26 noyabr 2012    04:11
53

BEYNƏLXALQ FORUMDA

Noyabrın 27-29-da Qazaxıstanın paytaxtı Astana şəhərində “Yeniləşən Qazaxıstan yeni dünyada” adlı Beynəlxalq forum keçiriləcək. Tədbirdə deputat Elmira Axundova iştirak edəcək.

26 noyabr 2012    04:11
108

AZƏRBAYCAN – PAKİSTAN DOSTLUĞU DAHA DA MÖHKƏMLƏNİR

Noyabrın 26-da Milli Məclisin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Pakistan parlamentinin deputatı, Milli Assambleyanın Kəşmir məsələləri üzrə xüsusi komitəsinin rəhbəri Fəzl Ur Rəhmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

26 noyabr 2012    03:11
70

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Noyabrın 23-də Milli Məclis Sədrinin müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradovanın Asiyasiyasi partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının deputatı, hakim Vahid Rusiya Partiyası İdarə Heyətinin üzvü Andrey Klimovla görüşü oldu.

24 noyabr 2012    10:11
89

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Noyabrın 21-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçiriləcək Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak etmək üçün ölkəmizə səfərə gələn Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi xarici əlaqələr komissiyasının sədri Hoang Binh Quanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

21 noyabr 2012    06:11
68

DEPUTATIMIZ ALMANİYAYA SƏFƏR EDƏCƏK

Milli Məclisin deputatı Rasim Musabəyov “Dağlıq Qarabağ sülh prosesi: münaqişənin həllində ədalətin rolu” mövzusunda konfransda iştirak etmək üçün noyabrın 23-dən 27-dək Almaniyaya səfər edəcək.

21 noyabr 2012    03:11
276

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Noyabrın 17-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası oldu. Gündəlikdəki məsələ barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki...

20 noyabr 2012    10:11
243

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov iclas iştirakçılarının nəzərinə çatdırdı ki...

16 noyabr 2012    10:11
67

İTALİYADA AZƏRBAYCANLA BAĞLI MƏDƏNİ TƏDBİRLƏR KEÇİRİLƏCƏK

Heydər Əliyev Fondunun təşəbbüsü ilə İtaliyada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra tədbirlər keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli bu ölkədə səfərdədir.

13 noyabr 2012    05:11
137

PARLAMENT XƏBƏRLƏRİ

Noyabrın 13-də Belçikanın Brüssel şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəliyinin açılış mərasimi keçiriləcəkdir. Tədbirdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov iştirak edəcəkdir.

12 noyabr 2012    05:11
84

MİLLİ MƏCLİSİN DEPUTATLARI TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏKLƏR

Milli Məclisin deputatları Qənirə Paşayeva və Jalə Əliyeva “Heydər Əliyev və Mustafa Kamal Atatürk – Türk dünyasının ulu öndərləri”, “Türkiyə - Azərbaycan: liderlik, siyasi irs və baxış” mövzularında konfranslarda iştirak etmək üçün noyabrın 6-dan 8-dək Türkiyədə səfərdə olacaqlar.

07 noyabr 2012    11:11
77

NATO PA-nın 58-ci İLLİK SESSİYASINDA

NATO PA-nın 58-ci illik sessiyasında iştirak etmək üçün qurumdakı Azərbaycan parlamenti nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev Çexiyanın paytaxtı Praqa şəhərində səfərdə olacaqlar.

07 noyabr 2012    04:11
69

TİKA NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Noyabrın 6-da Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Sərdar Çamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.

06 noyabr 2012    06:11
80

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Noyabrın 5-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquq komissiyasının 2-ci iclasının iştirakçıları ilə görüşdü.

05 noyabr 2012    05:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.