Ana səhifə  /  XƏBƏRLƏR
63

AŞ PA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün martın 28-dən 31-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaq.

27 mart 2012    03:03
88

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Martın 17-də Milli Məclis Sədrinin müavini Bahar Muradova İsveçdə fəaliyyət göstərən “Qadın və demokratiya cəmiyyəti”nin ölkəmizə səfərə gəlmiş təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşdü. Görüş iştirakçıları öncə ictimai-siyasi fəaliyyətinə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə xanım Bahar Muradovanı təbrik etdilər.

17 mart 2012    01:03
165

AŞ PA-nın KOMİTƏLƏRİNDƏ

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 18-də Fransanın Paris şəhərinə səfər edəcək.

16 mart 2012    05:03
74

UKRAYNA-AZƏRBAYCANLI GƏNCLƏR BİRLİYİNİN ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

Martın 14-də Milli Məclisdə Azərbaycan – Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu günlərdə Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçısı olan Ukrayna - Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri ilə görüşdülər.

14 mart 2012    05:03
82

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI KOMİTƏLƏRİNİN İCLASLARI KEÇİRİLƏCƏK

Martın 9-dan 14-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin, Monitorinq, Siyasi işlər və demokratiya, həmçinin Hüquqi işlər və insan haqları komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

09 mart 2012    06:03
91

BELÇİKA PARLAMENTİNDƏ DAĞLIQ QARABAĞA DAİR MÜZAKİRƏLƏR APARILACAQ

Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti martın 5-də Belçikanın paytaxtı Brüsselə səfərə yola düşəcək. Nümayəndə heyətinə qrupun rəhbəri Elxan Süleymanov, deputatlarZahid Oruc, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev,Azər Kərimli və Ceyhun Osmanlı daxildirlər.

05 mart 2012    04:03
84

AŞ PA-NIN KOMİTƏ İCLASLARINDA

Milli Məclisin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün martın 4-də Fransanın Paris şəhərinə yola düşəcək.

02 mart 2012    06:03
69

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 29-da Milli Məclisdə Pakistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdülər.

29 fevral 2012    07:02
90

DEPUTATIMIZ RUSİYADA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏK

Milli Məclisin deputatı Sabir Hacıyev fevralın 29-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək. Millət vəkili Avropa Şurası Parlament Assambleyasının xətti ilə martın 4-də burada keçiriləcək prezident seçkilərini izləyəcək.

28 fevral 2012    02:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.