Ana səhifə  /  XƏBƏRLƏR
84

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.

19 yanvar 2012    09:01
343

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Yanvarın 9-da Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Finlandiya parlamentinin nümayəndə heyəti ilə görüşdü.

17 yanvar 2012    09:01
233

ERMƏNİLƏRİN NÖVBƏTİ MƏKRLİ NİYYƏTİ BAŞ TUTMADI

Son günlər erməni mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin lideri Bako Saakyanın Argentinaya səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının üzvləri Alfredo Nestor Atanasof və Oskar Raul Aguad ilə keçirdiyi görüşlər barədə həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır.

07 yanvar 2012    11:01
327

AVROPADA AZƏRBAYCANIN NÜFUZU MÖHKƏMLƏNİR

Yanvarın 6-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdü.

06 yanvar 2012    06:01
176

MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI

Dekabrın 21-də Milli Məclisdə ölkəmizdə səfərdə olan Avropa Parlamentinin deputatı, Fransa parlamentinin üzvü, Parisin 7-ci rayonunun meri Rəşidə Datinin mətbuat nümayəndələri ilə görüşü oldu.

22 dekabr 2011    03:12
379

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva dekabrın 21-dən 25-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq. Deputatımız Türkiyə Cümhuriyyəti Ailə və Sosial Siyasət Nazirliyinin İKT Parlament İttifaqı çərçivəsində təşkil etdiyi “Dəyişən müsəlman cəmiyyətlərində qadınların rolu” mövzusunda Beynəlxalq konfransda iştirak edəcək.

19 dekabr 2011    05:12
291

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Elmira Axundova, Adil Əliyev, İqbal Məmmədov və Rüfət Quliyev Ukrayna Ali Radasının dəvəti ilə dekabrın 15-dən 18-dək Kiyevdə səfərdə olacaqlar.

19 dekabr 2011    04:12
248

SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Dekabrın 15-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki qanun layihəsi daxil edilib.

19 dekabr 2011    04:12

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.