Ana səhifə  /  XƏBƏRLƏR
93

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Pekin+20” çərçivəsində keçiriləcək “Parlamentin gender siyasətində rolu” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün mayın 14-dən 17-dək Qırğızıstanın Bişkək şəhərində səfərdə olacaq. * * *Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş iclasında iştirak etmək üçün mayın 11-dən 14-dək Fransanın Strasburq şəhərində səfərdə olacaq.

08 may 2015    03:05
103

İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ HƏLAK OLMUŞ AZƏRBAYCANLILARIN XATİRƏSİ ANILACAQDIR

Milli Məclisin deputatı Rauf Əliyev mayın 8-dən 10-dək Sloveniyanın Nova-Qoritsa şəhərində səfərdə olacaqdır.Deputat burada İkinci Dünya müharibəsi zamanı Yuqoslaviya müqavimət hərəkatında döyüşmüş və qəhrəmancasına həlak olmuş azərbaycanlı zabit və əsgərlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcəkdir.

07 may 2015    05:05
115

İSTANBULDA HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILACAQ

Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə geniş qeyd edilir. Mayın 8-də Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov ümummilli liderin doğum gününə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfərə yola düşəcəklər.

07 may 2015    02:05
108

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 6-da Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Vyetnam Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri general-leytenant Than Dinh Nha ilə görüşdü.

06 may 2015    05:05
112

MİLLİ MƏCLİSDƏ ULU ÖNDƏRİN GƏNCLƏR SİYASƏTİNƏ HƏSR OLUNMUŞ DİNLƏMƏLƏR KEÇİRİLDİ

Mayın 5-də Milli Məclisin Sosial siyasət komitəsində icra strukturları, gənclər təşkilatları və QHT nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev və gənclər siyasəti sahəsində qanunvericilik” mövzusunda dinləmələr keçirildi.Toplantını giriş sözü ilə açan komitə sədri Hadi Rəcəbli dedi ki, bu tədbir Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci il ildönümü münasibətilə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə keçirilir.

05 may 2015    06:05
124

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 4-də Milli Məclis Sədrinin müavini Bahar Muradova YAP-ın dəvəti ilə ölkəmizdə səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının nümayəndə heyəti ilə görüşdü.

04 may 2015    06:05
102

AZƏRBAYCAN-SERBİYA MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR

Mayın 4-də Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə nazir xanım Yadranka Yoksimoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

04 may 2015    05:05
176

AZƏRBAYCAN-KÜVEYT MÜNASİBƏTLƏRİ İNİKİŞAF EDİR

Mayın 1-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Küveyt Dövləti Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdü.

01 may 2015    05:05
95

KÜVEYT MİLLƏT MƏCLİSİNİN DEPUTATLARI PARLAMENTDƏ

Mayın 1-də Milli Məclisin Küveytlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Küveyt Dövləti Millət Məclisinin Azərbaycanla Dostluq qrupunun rəhbəri Saud Nəşmi Əl-Hureycinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdülər.

01 may 2015    03:05
172

MİLLİ MƏCLİSİN DEPUTATI UKRAYNADA SƏFƏRDƏDİR

Milli Məclisin deputatı Elmira Axundova Ukraynada səfərdədir. Millət vəkili Kiyev vilayətinin İrpen şəhərində yerləşən orta məktəbə görkəmli elm xadimi, oftalmoloq alim Zərifə Əliyevanın adının verilməsi ilə bağlı tədbirdə iştirak edəcək.

28 aprel 2015    05:04
106

AZƏRBAYCAN-İORDANİYA PARLAMENT ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Aprelin 28-də Milli Məclisin İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn İordaniya parlamentinin Nümayəndələr Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri Hazim Qaşu ilə görüşdülər.

28 aprel 2015    05:04
122

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Aprelin 28-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Ukrayna xarici işlər nazirinin müavini Natalya Qalibarenko ilə görüşdü.

28 aprel 2015    05:04
130

TÜRKPA-nın KOMİSSİYASINDA

Milli Məclisin deputatları Sədaqət Vəliyeva və İqbal Ağazadə TÜRKPA komissiyasının iclasında iştirak etmək üçün aprelin 28-dən mayın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.

27 aprel 2015    03:04
157

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Aprelin 24-də Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Qadınlar Federasiyasının katibi xanım Çjao Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

25 aprel 2015    12:04
102

QAZAXISTANDA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

Xəbər verildiyi kimi, aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycan parlamentinin təmsilçiləri seçkilərin gedişini izləmək üçün aprelin 24-dən 29-dək Qazaxıstanın müxtəlif şəhərlərində səfərdə olacaqlar.

23 aprel 2015    01:04
108

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı Mixail Zabelin “Böyük qələbənin 70 illiyi: tarixi təcrübə və müasir dövrün problemləri” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransda iştirak etmək üçün aprelin 22-dən 25-dək Rusiya Federasiyasının Yekaterinburq şəhərində səfərdə olacaq.* * *Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Musa Qasımlı IV Dünya Türk Forumunda iştirak etmək üçün aprelin 23-dən 26-dək Türkiyədə səfərdə olacaqlar.* * *Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 25-dən 28-dək Danimarkada səfərdə olacaq.

21 aprel 2015    04:04
128

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Aprelin 20-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Vyetnam Sosialist Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nquyen Than Şon ilə görüşdü.

20 aprel 2015    04:04
102

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

Aprelin 20-dən 24-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.

18 aprel 2015    01:04
127

ƏLİ RƏBİİ: “İran Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlıdır”

Aprelin 17-də Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.Ziyafət Əsgərov Azərbaycanla İran arasındakı yüksək səviyyəli əlaqələrdən danışdı, iki ölkənin bir-birinə milli-mənəvi dəyərlər, ortaq mədəniyyət və tarixi ənənələr baxımından sıx bağlı olduğunu vurğuladı.

17 aprel 2015    02:04
143

İSRAİL JURNALİSTLƏRİ MİLLİ MƏCLİSDƏ

Aprelin 14-də Milli Məclisin Sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan İsrailin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşdü.Qonaqları səmimi salamlayan Valeh Ələsgərov parlamentin strukturu, rəhbərlik etdiyi komitənin fəaliyyəti, qəbul edilən sənədlər barədə ətraflı məlumat verdi.

14 aprel 2015    06:04

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.