Ana səhifə  /  XƏBƏRLƏR
116

QADIN MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Sahibə Qafarova “Qadınların Cənubi və Şərqi Aralıq Dənizi hövzəsi ölkələrinin siyasi həyatında iştirakı” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün iyunun 14-də Mərakeş Krallığının paytaxtı Rabat şəhərinə səfər edəcək.

13 iyun 2014    06:06
82

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 13-də Milli Məclisdə vitse-spiker Bahar Muradova Avropada və Latın Amerikasında nüfuzlu təşkilat olan Mərkəzçi Beynəlxalq Demokratların (Centrist Democrat İnternational – CDİ) nümayəndələri ilə görüşdü.

13 iyun 2014    05:06
215

MİLLİ MƏCLİSİN DEPUTATI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Bəxtiyar Əliyev “Qırğızıstanda korrupsiya ilə mübarizədə dövlət siyasətinin həyata keçirilməsində parlamentin rolu” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün iyunun 8-də Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər edəcək.

07 iyun 2014    12:06
101

AZƏRBAYCANIN PARLAMENT DİPLOMATİYASI BEYNƏLXALQ HÜQUQUN NORMA VƏ PRİNSİPLƏRİNƏ ƏSASLANIR

Xəbər verildiyi kimi, Rusiya Dövlət Dumasının dəvəti ilə Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 4-5-də Rusiyanın paytaxtı Moskva şəhərində rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Milli Məclis Sədrinin ölkənin Federal Məclisinin Federasiya Şurasının və Dövlət Dumasının rəhbərliyi ilə görüşləri keçirilmişdir.

06 iyun 2014    12:06
105

Abdulla ibn MUHƏMMƏD ƏN-NASİR: “ÖZÜMÜZƏ, XALQLARIMIZIN ZƏNGİN POTENSİALINA GÜVƏNMƏLİYİK.”

İyunun 6-da Milli Məclisdə Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdülər. Qonaqları mehribanlıqla salamlayan qrupun rəhbəri Fəttah Heydərov Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı dostluq və qardaşlıq münasibətlərinin dini, mədəni, tarixi baxımdan dərin köklərə əsaslandığını vurğuladı. Müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, diplomatik münasibətlərin hər iki ölkə üçün əhəmiyyətini qeyd etdi.

06 iyun 2014    06:06
86

AŞPA-nın KOMİTƏLƏRİNDƏ

Milli Məclisin deputatları Sahibə Qafarova və Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyası komitələrinin iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.

30 may 2014    05:05
126

MİLLİ MƏCLİSDƏ QƏBUL

Mayın 30-da Milli Məclisin Sədri Oqtay Əsədov ABŞ-ın Nyu-Meksiko ştatı Senatının sədri xanım Meri Peypenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

30 may 2014    05:05
85

“V.ƏLƏSGƏROV: Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyəti böyükdür”

Mayın 29-da Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun Böyük Britaniya - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşü oldu. Qonaqları səmimi salamlayan vitse-spiker Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı. Qeyd olundu ki, belə səfərlər və parlamentarilərin sıx əməkdaşlığı iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə çıxmasında mühüm rol oynayır

29 may 2014    05:05
93

NATO PA-nın YAZ SESSİYASI LİTVADA KEÇİRİLƏCƏK

Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev və Tahir Süleymanov qurumun yaz sessiyasında iştirak etmək üçün mayın 29-dan iyunun 2-dək Litvanın paytaxtı Vilnüsdə səfərdə olacaqlar.

27 may 2014    06:05
92

MİLLİ MƏCLİSİN DEPUTATLARI MDB PA-NIN KOMİSSİYA İCLASLARINDA İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin deputatları Bəxtiyar Əliyev və Fəzail Ağamalı MDB Parlamentlərarası Assambleyasının Elm və təhsil, həmçinin Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyalarının iclaslarında iştirak etmək üçün mayın 27-dən 29-dək Sankt-Peterburqda səfərdə olacaqlar.

27 may 2014    04:05
85

AŞPA-nın KOMİTƏSİNDƏ

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov qurumun Hüquqi işlər və insan haqları Komitəsinin iclasında iştirak etmək üçün mayın 25-dən 29-dək Finlandiyanın paytaxtı Helsinkidə səfərdə olacaq.

23 may 2014    07:05
98

AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ İLƏ GÖRÜŞ

Mayın 20-də Milli Məclis sədrinin birinci müavini, Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə komitəsinin (Monitorinq komitəsi) həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrexlə görüşü oldu.

20 may 2014    06:05
83

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ GÖRÜŞ

Mayın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Avropa Şurası Parlament Assambleyasının Avropa Şurası Üzv Dövlətləri Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi üzrə Komitəsinin (Monitorinq Komitəsi) həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex ilə görüşdülər.

20 may 2014    05:05
91

AZƏRBAYCAN-ƏFQANISTAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Mayın 20-də Milli Məclis sədrinin birinci müavini, Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Əfqanıstan Milli Məclisinin Yuxarı Palatasının Beynəlxalq əlaqələr komissiyasının sədri Nisar Ahmad Haressin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

20 may 2014    04:05
76

AŞPA HƏMMƏRUZƏÇİLƏRİNİN DEPUTATLARLA GÖRÜŞÜNDƏ

Mayın 20-də Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə komitəsinin (Monitorinq komitəsi) həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrexlə görüşü oldu.

20 may 2014    04:05
168

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 19-da Milli Məclis Sədrinin müavini Bahar Muradova BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyanini qəbul etdi

19 may 2014    06:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.