Ana səhifə  /  XƏBƏRLƏR
87

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Aprelin 17-də Milli Məclis Sədrinin müavini, Azərbaycan-Çexiya parlamentlərarası işçi qrupunun rəhbəri Valeh Ələsgərov və qrupun üzvləri Azərbaycanda səfərdə olan Çexiya Respublikası Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

17 aprel 2013    05:04
73

BEYNƏLXALQ FORUMDA

Milli Məclisin deputatı Rasim Musabəyov “Təhlükəli dünyada təhlükəsizlik” adlı 6-cı Kiyev Təhlükəsizlik Forumunda iştirak etmək üçün aprelin 18-də Ukraynaya yola düşəcək.

17 aprel 2013    05:04
67

AVRONEST PA-nın BÜRO İCLASINDA

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Avronest PA-nın Büro iclasında iştirak etmək üçün aprelin 17-də Fransanın Strasburq şəhərinə səfərə yola düşüb.

17 aprel 2013    03:04
84

İSRAİL KİV NÜMAYƏNDƏLƏRİ PARLAMENTDƏ

Aprelin 15-də Milli Məclisdə deputatlar Fuad Muradov, Rasim Musabəyov və Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan bir qrup İsrail kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşdülər.

15 aprel 2013    06:04
88

AVROPA ŞURASI VENESİYA KOMİSSİYASININ ÜZVLƏRİ PARLAMENTDƏ OLDU

Aprelin 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın ölkəmizdə səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının üzvləri ilə görüşü keçirildi.

11 aprel 2013    05:04
95

MDB PA-nın TƏDBİRLƏRİNDƏ

Aprelin 10-da Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və bir qrup deputat Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yola düşəcək. Vitse-spikerin başçılğı ilə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Sevinc Fətəliyeva, Rüfət Quliyev və Sabir Hacıyev MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak edəcəklər.

09 aprel 2013    04:04
70

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı Asəf Hacıyev Mərmərə Fondunun təşkil etdiyi XVI Avrasiya İqtisadi Sammitində iştirak etmək üçün aprelin 9-10-da Türkiyədə səfərdə olacaq.

09 aprel 2013    03:04
86

TÜRKPA-nın KOMİTƏ İCLASLARINDA

Aprelin 5-də Ankarada TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər, həmçinin İqtisadiyyat, ticarət və maliyyə məsələləri komitələrinin iclasları keçiriləcəkdir. İclaslarda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Sədaqət Vəliyeva və Sevinc Hüseynova iştirak edəcəklər.

05 aprel 2013    05:04
131

AZƏRBAYCAN-KANADA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Ölkəmizdə səfərdə olan Kanada parlamentinin Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri aprelin 3-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşdülər.

03 aprel 2013    04:04
88

AŞPA-NIN KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Rövşən Rzayev AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər Komitəsinin iclasında iştirak etmək üçün aprelin 2-də Mərakeşin Rabat şəhərinə yola düşəcəkdir.

02 aprel 2013    05:04
91

DAŞKƏNDDƏ HEYDƏR ƏLİYEVİN YUBİLEYİ KEÇİRİLİR

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlar Qənirə Paşayeva, Etibar Hüseynov və Aydın Abbasov ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkənddə səfərdədirlər.

02 aprel 2013    02:04
81

PARLAMENTLƏRARASI İTTİFAQIN ASSAMBLEYASINDA

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında iştirak etmək üçün martın 20-də Ekvadorun Kito şəhərinə yola düşəcəkdir. Nümayəndə heyətinə Milli Məclisin deputatları Səməd Seyidov, Sahibə Qafarova, Fuad Muradov və Cavanşir Feyziyev daxildirlər.

01 aprel 2013    04:04
65

MDB PA-nın GƏNCLƏR PARLAMENTİNİN İLK İCLASINDA

Milli Məclisin deputatı Sevinc Fətəliyeva MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının ilk iclasında iştirak etmək üçün martın 28-dən 29-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaq.

27 mart 2013    01:03
75

DEPUTATLARIMIZ İTALİYAYA SƏFƏR EDƏCƏKLƏR

Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlar Rasim Musabəyov və Ceyhun Osmanlı “Azərbaycan 2020. Gənclərin baxışı” adlı forumda iştirak etmək üçün martın 26-dan İtaliyanın paytaxtı Roma şəhərində səfərdədirlər.

27 mart 2013    01:03

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.