Ana səhifə  /  XƏBƏRLƏR
66

MDB PA-nın GƏNCLƏR PARLAMENTİNİN İLK İCLASINDA

Milli Məclisin deputatı Sevinc Fətəliyeva MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının ilk iclasında iştirak etmək üçün martın 28-dən 29-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaq.

27 mart 2013    01:03
75

DEPUTATLARIMIZ İTALİYAYA SƏFƏR EDƏCƏKLƏR

Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlar Rasim Musabəyov və Ceyhun Osmanlı “Azərbaycan 2020. Gənclərin baxışı” adlı forumda iştirak etmək üçün martın 26-dan İtaliyanın paytaxtı Roma şəhərində səfərdədirlər.

27 mart 2013    01:03
86

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Martın 16-da ölkəmizə səfəri çərçivəsində Pakistan Milli Assambleyasının deputatı və İnsan Hüquqları Nazirliyinin Federal Parlament katibi Rubina Saadat Kaimxani parlamentdə Milli Məclis Sədrinin müavini Bahar Muradova və Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdü.

19 mart 2013    03:03
64

AŞPA KOMİTƏLƏRİNİN İCLASLARINDA

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov AŞPA-nın Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün martın 17-dən 24-dək Fransaya səfər edəcək.

16 mart 2013    01:03
101

AVRONEST PA YOXSULLUQLA MÜBARİZƏYƏ XÜSUSİ ÖNƏM VERİR

Milli Məclisin deputatları Azay Quliyev, Məlahət İbrahimqızı və Fərəc Quliyev Avronest PA-nın Sosial komitəsinin iclasında iştirak etmək üçün martın 18-də Belçikanın Brüssel şəhərinə səfərə yola düşəcəklər.

14 mart 2013    05:03
105

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDA

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Sabir Hacıyev qurumun Siyasi işlər və demokratiya Komitəsinin iclasında iştirak etmək üçün martın 12-dən 15-dək Mərakeşin Rabat şəhərində səfərdə olacaq.

11 mart 2013    12:03
102

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Martın 6-da Milli Məclis Sədrinin müavini Bahar xanım Muradova UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüşdü.

06 mart 2013    05:03
99

PİRALLAHI BƏLƏDİYYƏSİ YARADILIR

Fevralın 28-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası oldu. Komitənin sədri Arif Rəhimzadə öncə “Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” qanun layihəsi barədə məlumat verdi.

04 mart 2013    10:03
120

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitənin sədr müavini Sevinc Fətəliyeva, deputatlardan Asim Mollazadə və Sahibə Qafarova martın 5-dən 16-dək ABŞ-a səfər edəcəklər.

04 mart 2013    05:03
107

MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ ÇİNDƏ SƏFƏRDƏ OLACAQ

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Çin Xalq Respublikasının Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin dəvəti ilə fevralın 23-də Pekinə yola düşəcəkdir.

23 fevral 2013    01:02
70

İSRAİLDƏ VƏ AVSTRİYADA XOCALI SOYQIRIMI ANILACAQDIR

Milli Məclisin deputatı Fuad Muradov Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş “Xocalı hər zaman bizim ürəyimizdədir” adlı fotosərgidə və anım mərasimində iştirak etmək üçün fevralın 24-də İsrailin Tel-Əviv şəhərinə yola düşəcəkdir.Tədbirdə millət vəkili çıxış edəcək, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı vəhşilikləri fotolar və sənədlər vasitəsilə bu ölkənin ictimaiyyətinə təqdim olunacaqdır.

23 fevral 2013    01:02
76

MDB PA-nın DAİMİ KOMİSSİYASINDA

Milli Məclisin deputatları İqbal Məmmədov və Rüfət Quliyev MDB Parlament Assambleyasının Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclasında iştirak etmək üçün fevralın 25-dən martın 1-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

22 fevral 2013    10:02
67

STOKHOLMDA XOCALI SOYQIRIMI YAD EDİLƏCƏK

Milli Məclisin deputatları Elton Məmmədov və Elman Məmmədov fevralın 23-dən 27-dək İsveç Krallığının Stokholm şəhərinə səfər edəcəklər.

22 fevral 2013    05:02
63

TÜRKİYƏDƏ XOCALI SOYQIRIMINA HƏSR EDİLMİŞ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Jalə Əliyeva fevralın 22-dən 27-dək Türkiyədə səfərdə olacaq. Deputatımız əvvəlcə Yalova şəhər bələdiyyəsinin və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş “Qarabağın işğalı və Xocalı soyqırımı” adlı Beynəlxalq konfransda...

22 fevral 2013    01:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.