Ana səhifə  /  XƏBƏRLƏR
83

AVROPADA XOCALI SOYQIRIMI ANILIR

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Avropanın bir sıra ölkələrində anma mərasimləri, müxtəlif tədbirlər və aksiyalar keçirilir. Milli Məclisin deputatları Qənirə Paşayeva və Rövşən Rzayev Almaniyadakı tədbirlərə qatılmaq üçün fevralın 21-də Berlin şəhərinə səfərə yola düşəcəklər.

21 fevral 2013    05:02
82

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Fevralın 13-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. Komitənin sədri Nizami Cəfərov bildirdi ki, payız sessiyası dövründə Mədəniyyət komitəsinin 5 iclası keçirilmişdir.

19 fevral 2013    09:02
78

ATƏT PA-nın 12-ci QIŞ SESSİYASINDA

Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının 12-ci qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriyanın Vyana şəhərinə səfərə yola düşəcək.

19 fevral 2013    09:02
80

TÜRKİYƏDƏ XOCALI SOYQIRIMINI ANMA MƏRASİMİ KEÇİRİLƏCƏKDİR

Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Türkiyənin Qars şəhərində Xocalı soyqırımını anma mərasimi keçiriləcəkdir. Mərasimdə iştirak etmək üçün Milli Məclisin deputatı Aydın Mirzəzadə fevralın 16-dan 19-dək Türkiyədə səfərdə olacaqdır.

19 fevral 2013    09:02
61

AVRONEST PA-nın GÜRCÜSTANDAKI İCLASINDA

Milli Məclisin deputatları Qənirə Paşayeva, Asim Mollazadə və Ceyhun Osmanlı Avronest PA-nın Siyasi komitəsinin iclasına qatılmaq üçün fevralın 13-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfərə yola düşəcəklər.

12 fevral 2013    04:02
114

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Fevralın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Əli Hüseynli bildirdi ki, bu gün “İctimai iştirakçılıq haqqında” qanun layihəsi müzakirə olunacaq.

08 fevral 2013    09:02
78

AVRONEST PA-nın İQTİSADİ KOMİTƏSİNİN İCLASINDA

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Azər Kərimli və Hacı Salayev Avronest Parlament Assambleyasının İqtisadi komitəsinin iclasında iştirak etmək üçün fevralın 11-dən 13-dək Moldovaya səfər edəcəklər.

08 fevral 2013    03:02
98

MİLLİ MƏCLİSİN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLADI

Fevralın 1-də Milli Məclisin 2013-cü il yaz sessiyası öz işinə başladı. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanın ilk iclasını açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

04 fevral 2013    10:02
100

İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 31-də Milli Məclisin İqtisadi siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. İslası açan komitə sədri Ziyad Səmədzadə payız sessiyası zamanı görülən işlər barədə məlumat verdi.

01 fevral 2013    05:02
66

MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI

Yanvarın 26-da Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və nümayəndə heyəti...

28 yanvar 2013    09:01
85

AZƏRBAYCAN – KOREYA ƏLAQƏLƏRİ GÜNBƏGÜN MÖHKƏMLƏNİR

Yanvarın 18-də Milli Məclisin Azərbaycan – Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının üzvü Co Ho Younqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.

18 yanvar 2013    05:01
100

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Yanvarın 18-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü.

18 yanvar 2013    05:01
75

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

Yanvarın 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.

18 yanvar 2013    05:01
82

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Yanvarın 10-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatları Konqresinin Texas ştatından seçilmiş üzvü Henri Roberto Cuellar ilə görüşdü.

10 yanvar 2013    05:01

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.