Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
357

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

Oktyabrın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova sentyabrın 21-də Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Milli Məclisin təntənəli iclasının yüksək səviyyədə keçirilməsinə və parlamentin payız sessiyasının başlamasına görə təbriklərini çatdırdı.

03 oktyabr 2018    04:10
335

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Oktyabrın 1-də Milli Məclisin Aqrar siyasət komitəsi payız sessiyasında növbəti iclasını keçirdi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyində altı məsələ var.

01 oktyabr 2018    03:10
383

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNDƏ

Sentyabrın 28-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirdi ki, gündəliyə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda, “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklərin edilməsi barədə məsələlər daxil olunub. Layihələr ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim edilib.

28 sentyabr 2018    04:09
418

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

Sentyabrın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı iclası açaraq sentyabr ayının 21-də Azərbaycan Parlamentinin 100 illiyi münasibəti ilə keçirilmiş təntənəli yubiley mərasimini xatırladı. Prezident İlham Əliyevin tədbirdə iştirakını xüsusi vurğulayan komitə sədri bildirdi ki, dövlət başçısının öz çıxışında Milli Məclisin işini təqdir etməsi qürurvericidir.

25 sentyabr 2018    05:09
397

SƏHİYYƏ KOMİTƏSİNDƏ

Sentyabrın 25-də Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasına toplaşdı. Öncə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli tədbirdən söz açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğuladı ki, yubiley tədbiri çox yüksək səviyyədə keçdi. Yubiley nitqində milli parlamentimizin tarixinə nəzər salan Azərbaycan Prezidentinin Milli Məclisin və deputatların bugünkü fəaliyyətinə yüksək qiymət verməsi hər birimizin qəlbində iftixar doğurdu. Bu qiymət, həmçinin dövlət başçısının gələcəyə dair tövsiyələri millət vəkillərinin üzərinə böyük məsuliyyət qoyur. Yeni sessiyanın başlanması və Parlamentin 100 illiyi münasibətilə deputatları təbrik edən Əhliman Əmiraslanov yubiley tədbirinin çox yüksək səviyyədə təşkilinə görə komitə üzvləri adından Milli Məclisin Sədri Oqtay Əsədova minnətdarlıqlarını bildirdi.

25 sentyabr 2018    05:09
341

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Sentyabrın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bir neçə gün əvvəl Azərbaycan Parlamentinin 100 iliyi münasibəti ilə Milli Məclisdə keçirilmiş təntənəli mərasim barədə xoş təəssüratlarını bölüşdü, payız sessiyasının başlaması münasibəti ilə təbriklərini çatdırdı.

24 sentyabr 2018    07:09
423

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Sentyabrın 24-də parlamentin payız sessiyasında ilk iclasına toplaşan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 18 məsələyə baxıldı. Öncə komitənin sədri Ziyad Səmədzadə 2018-ci ilin yaz və növbədənkənar sessiyalarında görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, 15 iclasda 62 məsələyə baxan, o cümlədən 61 qanun layihəsini geniş müzakirə edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ölkənin qanunvericilik bazasının zənginləşməsi istiqamətində var gücü ilə çalışıb.

24 sentyabr 2018    03:09
396

GƏNCLƏR və İDMAN KOMİTƏSİNDƏ

Sentyabrın 14-də Milli Məclisin Gənclər və idman komitəsi payız sessiyasında ilk iclasına toplaşdı. Komitənin sədri Ülvi Quliyev öncə yeni sessiyanın başlanması münasibətilə deputatları təbrik etdi, qanunvericilik fəaliyyətində onlara uğurlar dilədi. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan, yubileyə həsr olunmuş tədbirlərdə deputatların iştirakından söz açdı, Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunan təntənəli tədbirə hazırlıqdan danışdı. 100 yaşlı parlamentimizin rəhbərliyi başda olmaqla bütün üzvlərinə təbriklərini və xoş arzularını çatdırdı.

14 sentyabr 2018    06:09
363

BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR KOMİTƏSİNDƏ

Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Səməd Seyidov bu münasibətlə deputat həmkarlarını təbrik etdi. Qeyd olundu ki, bu iclas yaxın günlərdə keçiriləcək əlamətdar tarixi hadisəyə təsadüf edir. Belə ki, sentyabrın 15-də Bakının bolşevik işğalından azad edilməsinin 100 illiyi münasibəti ilə parad təşkil olunacaq.

14 sentyabr 2018    05:09
350

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli 2018-ci il payız sessiyasının başlaması münasibəti ilə deputatlara təbriklərini çatdırdı, işlərində uğurlar arzuladı.

13 sentyabr 2018    06:09
358

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 12-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov 2018-ci il payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik etdi, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Sonra Eldar İbrahimov gündəlikdəki məsələləri təqdim etdi.

12 sentyabr 2018    07:09
327

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Rafael Hüseynov əvvəlcə millət vəkillərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi, qarşıdakı dönəmdə hər kəsə uğurlu fəaliyyət arzuladı. Yaz və növbədənkənar sessiyalar dövründə görülən işlərdən danışan Rafael Hüseynov komitədə “Muğam sənətinin inkişafı və qorunması” haqqında qanunun hazırlanmasını xüsusi qeyd etdi.

12 sentyabr 2018    06:09
353

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Sentyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin 2018-ci il payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası açaraq növbəti sessiyada həmkarlarına uğurlar dilədi, gündəlik barədə məlumat verdi.

11 sentyabr 2018    06:09
312

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK və KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 7-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasına toplaşdı. Yeni sessiyanın başlanması münasibətilə deputatları təbrik edən Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, bugünkü iclasın gündəliyinə 5 məsələ daxil edilib.

07 sentyabr 2018    03:09
549

AZƏRBAYCAN-ÇİN DOSTLUĞU QƏDİM TARİXƏ SÖYKƏNİR

Avqustun 31-də Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının nümayəndə heyəti ilə görüşdülər. Qonaqları salamlayan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov qeyd etdi ki, ölkələrimiz arasındakı dostluq əlaqələri qədim tarixə söykənir. Prezident İlham Əliyevin ÇXR-ə səfərlərinin ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verdiyini vurğulayan komitə sədri Azərbaycan-Çin əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu olduğunu qeyd etdi.

31 avqust 2018    04:08
477

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna, Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər və “Hesablama Palatası haqqında”(üçüncü oxunuş) qanun layihəsi daxildir.

22 iyun 2018    05:06
352

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

İyunun 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi.Komitənin sədri Hadi Rəcəbli əvvəlcə “Məşğulluq haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Bildirildi ki, qanun layihəsində birinci və ikinci oxunuşdan sonra təkliflər nəzərə alınaraq müəyyən dəyişikliklər edilib. Qanun layihəsi 6 fəsil, 37 maddədən ibarətdir.

21 iyun 2018    04:06
347

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

İyunun 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Parlament Sədrinin müavini, komitə sədri Bahar Muradova öncə komitənin sədr müavini Yevda Abramovu 70 illik yubileyi münasibəti ilə təbrik etdi, ona gələcək işlərində uğurlar arzuladı. Vitse-spiker millət vəkilinin qanunvericilik sahəsində səmərəli fəaliyyət göstərdiyini, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi istiqamətində faydalı işlər gördüyünü, beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil etdiyini söylədi və bunların dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

13 iyun 2018    06:06
469

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

İyunun 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli bildirdi ki, gündəliyə bir sıra qanunlara nəzərdə tutulan dəyişikliklərlə bağlı məsələlər daxil edilib.

12 iyun 2018    05:06
430

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ TƏQDİMAT KEÇİRİLDİ

İyunun 6-da Milli Məclisin Aqrar siyasət komitəsində Əmlak Məsələləri Dövlət Komitəsinin torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatı keçirildi.Təqdimatdan əvvəl iştirakçılar torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələrini əks etdirən xəritələrlə tanış oldular.

06 iyun 2018    05:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.