Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
315

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi.İclası açan komitənin sədri Hadi Rəcəbli bildirdi ki, payız sessiyasında komitənin 6 iclası keçirilmişdir. Həmin iclaslarda 14 məsələ müzakirə edilmiş, 12 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur. Payız sessiyası ərzində komitəyə 473 müraciət daxil olmuş, 385 nəfər vətəndaş qəbul edilmişdir.

26 yanvar 2018    04:01
334

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Yanvarın 26-da Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşan Regional məsələlər komitəsində iki məsələyə baxıldı. Öncə komitənin sədri Arif Rəhimzadə 2017-ci il payız sessiyasının yekunları barədə danışdı. Sonra iclasda Regional məsələlər komitəsinin 2018-ci ilin yaz sessiyasında görəcəyi işlərin planı müzakirə olundu.

26 yanvar 2018    03:01
338

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 26-da Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi. İclasda 2017-cı ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabat və 2018-ci ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edildi.

26 yanvar 2018    03:01
379

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

Yanvarın 25-də Ailə, qadın və uşaq məsələləri komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşdı. Komitənin sədri Aqiyə Naxçıvanlı öncə 2017-ci il payız sessiyasının yekunlarından söz açdı. Sonra iclasda 2018-ci ilin yaz sessiyası üçün komitənin iş planı müzakirə olundu.

25 yanvar 2018    01:01
329

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olundu. Öncə Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi barədə ətraflı məlumat verdi.

24 yanvar 2018    05:01
347

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 22-də Milli Məclisin Səhiyyə komitəsinin 2018-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov gündəliyə daxil edilən məsələləri təqdim etdi.

22 yanvar 2018    05:01
344

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Dekabrın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi.Komitə sədri Arif Rəhimzadə əvvəlcə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif olunan dəyişiklik barədə məlumat verdi. Bildirildi ki, qanunun 7.2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən qəbristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilməyəcək.

19 dekabr 2017    02:12
331

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Dekabrın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Eldar İbrahimov diqqətə çatdırdı ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihələri daxil edilib.

15 dekabr 2017    05:12
307

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Dekabrın 14-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli “Turizm haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim etdi. Qanun layihəsindəki dəyişiklikləri diqqətə çatdıran komitə sədri bildirdi ki, sənəddə aparılan dəyişiklik Miqrasiya Məcəlləsinə uyğunlaşdırma xarakteri daşıyır.

14 dekabr 2017    04:12
317

RUSİYA DÖVLƏT DUMASININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Dekabrın 11-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə iclası keçirildi.

11 dekabr 2017    06:12
284

QƏBƏLƏDƏ YERLİ ÖZÜNÜİDARƏETMƏNİN İNKİŞAFINA DAİR KONFRANS KEÇİRİLƏCƏK

Dekabrın 7-də Qəbələ şəhərində Milli Məclisin Regional məsələlər komitəsinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçiriləcək.

06 dekabr 2017    05:12
288

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 28-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov gündəlikdəki məsələlərlə bağlı məlumat verdi.Əvvəlcə Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənədə baxıldı. Qeyd olundu ki, dəyişikliklərə əsasən torpaq qanunvericiliyinin pozulmasına görə toplanan cərimələrin bir hissəsi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə onların hesablarına köçürüləcək.

28 noyabr 2017    05:11
344

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bildirdi ki, müzakirəyə Əmək Məcəlləsində, “Həmkarlar İttifaqları haqqında”, “Məşğulluq haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələri təqdim olunub. Qeyd edildi ki, sənədlər qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə göndərilib.

24 noyabr 2017    05:11
489

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olundu.

17 noyabr 2017    05:11
331

MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

Noyabrın 16-da Mədəniyyət komitəsinin iclasında beş məsələyə baxıldı. Gündəlik barədə məlumat verən komitə sədri Rafael Hüseynov bildirdi ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından İnzibati Xətalar Məcəlləsində, “Kütləvi informasiya vasitələri haqqında”, “Telekommunikasiya haqqında” “Televiziya və radio yayımı haqqında” qanunlarda dəyişikliklər edilməsi zərurəti meydana çıxıb.

16 noyabr 2017    01:11
350

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 15-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. İclasda “Peşə təhsili haqqında” yeni qanun layihəsi müzakirə olundu. Komitə sədri İsa Həbibbəyli bildirdi ki, peşə təhsili ölkəmizdə prioritet istiqamətlərdən biridir. Bu sahədə həm Bakıda, həm də bölgələrdə müasir standartlara uyğun təhsil məktəbləri yaradılır. Bu gün peşə təhsili müasir standartlara uyğun olaraq tamamilə yenidən qurulur.

15 noyabr 2017    06:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.