İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Aprelin 24-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” məsələyə baxıldı. Komitə sədri Ziyad Səmədzadə qeyd etdi ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olan bu sənəd qanunvericilikdə yeni bir istiqamətin əsasını qoyur. Belə ki, daşınar əmlak bazarı anlayışı ölkəmizdə geniş yayılmayan sahədir.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Aprelin 21-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik müzakirə olunub. Komitənin sədri Arif Rəhimzadə iclası açaraq “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun birinci oxunuşda müzakirələri zamanı deputatların səsləndirdikləri təkliflər barədə danışdı.
TƏBİİ EHTİYATLAR, ENERGETİKA və EKOLOGİYA KOMİTƏSİNDƏ
Aprelin 21-də Milli Məclisin bir sıra komitələrində təmsil olunan deputatların iştirakı ilə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası oldu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, gündəlikdə bir məsələ var.
AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA
Aprelin 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” qanununa dəyişiklik edilməsi barədə sənədin müzakirə ediləcəyini bildirdi. Layihəni şərh edən komitə sədri qeyd etdi ki, Milli Məclisə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olan sənəd 2015-ci il 15 may tarixində qəbul olunmuş “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
KOMİTƏLƏRİN İCLASINDA DEPUTATLARIN ETİK DAVRANIŞ QAYDALARI MÜZAKİRƏ OLUNDU
Aprelin 20-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. İclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olundu.
SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Aprelin 12-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. İclasda “Dərman vasitələri haqqında”, “Yeyinti məhsulları haqqında”, “Reklam haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı məsələlərə baxıldı. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq vurğuladı ki, ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və əczaçılıq sənayesinin inkişafı ilə bağlı geniş islahatlar paketi hazırlanıb və mərhələlərlə həyata keçirilir.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Aprelin 11-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda bələdiyyə rəhbərlərinin, müvafiq assosiasiya təmsilçilərinin, Ədliyyə Nazirliyi nümayəndələrinin iştirakı ilə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklər müzakirə olundu.
ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ
Aprelin 6-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. İclasda “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olundu.
MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Aprelin 5-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. Komitə sədri Rafael Hüseynov iclası açaraq ilk növbədə AŞPA-nın bu günlərdə keçirilmiş komitə iclasında iştirak etdiyini diqqətə çatdırdı və burada aparılan müzakirələr barədə söhbət açdı.
MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Aprelin 5-də Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. İclası açan parlament Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəliyə daxil edilən məsələlər barəsində məlumat verdi. Əvvəlcə komitə üzvləri “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirə etdilər. Bildirildi ki, aparılan dəyişiklik “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi barədə 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli sənədə uyğunlaşdırmaq məqsədi daşıyır.
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Aprelin 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi.Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Turizm haqqında” qanun layihələri daxil edilib. Hadi Rəcəbli diqqətə çatdırdı ki, Əmək Məcəlləsinin 65-ci maddəsinə əlavə edilən 5-1-ci hissədə korrupsiya ilə əlaqədar məlumat verən işçinin hüquqlarının qorunması nəzərdə tutulur.
SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Martın 30-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov iclas iştirakçılarına gündəlikdəki məsələlər barədə məlumat verdi. Qeyd edildi ki, “Dərman vasitələri haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunlara edilən dəyişikliklər müzakirəyə təqdim olunub.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Martın 30-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 7 məsələyə baxıldı. Bank sektorunun real sektora təsirindən söz açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki qanun layihələrinin bu sahəni tənzimləyəcəyini, Azərbaycanda bank sisteminin səmərəli formalaşmasına təsir göstərəcəyini qeyd etdi.
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Martın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, iclasın gündəliyinə 7 qanun layihəsi daxil edilib. Birinci 3 qanun layihəsi İnzibati Prosessual, Mülki Prosessual və Mülki məcəllələrə dəyişikliklər edilməsi barədədir və eyni zərfdə daxil olub. Ölkəmizdə Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətə başlaması bu dəyişikliklərin edilməsi zərurətini yaradıb.
AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Martın 17-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası oldu. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyində Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş 7 məsələ var.
KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
Martın 10-da Milli Məclisin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin birgə iclası keçirildi.İclası açan Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi daxil edilib. Qanun layihəsi hazırlanarkən bir sıra ölkələrin, əsasən isə Rusiya və Türkiyənin bu sahədəki qanunvericilik təcrübəsindən istifadə olunub.
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Martın 7-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov diqqətə çatdırdı ki, iclasda “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələyə baxılacaq.
AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ
Martın 6-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı iclası açaraq “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” yeni qanun layihəsinin müzakirəyə təqdim edildiyini diqqətə çatdırdı.
BƏLƏDİYYƏLƏRLƏ BAĞLI QANUNVERİCİLİK TƏKMİLLƏŞDİRİLİR
Martın 2-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi.Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, gündəliyə yeni hazırlanmış “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi, həmçinin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.
ƏMƏK QANUNVERİCİLİYİ TƏKMİLLƏŞDİRİLİR
Fevralın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə 3 məsələ - “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 21 noyabr 2013-cü il tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi, “Veteranlar haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxildir.

