KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
Martın 13-də Milli Məclisin Aqrar siyasət və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası keçirildi. İclasda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov iştirak edirdi.
TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA
Martın 6-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti iclası keçirildi. Parlament sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov deputatların müzakirəsinə “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədin təqdim olunduğunu bildirdi.
SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Martın 5-də Milli Məclisin Sosial siyasət Komitəsinin iclası keçirildi. İclasın gündəliyinə “Tibbi sığorta haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxil edilmişdi.
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Martın 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Əli Hüseynli gündəlik barədə məlumat verərək bildirdi ki, bugünkü iclasda 5 məsələnin müzakirəsi planlaşdırılıb.
İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Fevralın 24-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə iclası açaraq bu günlərdə 22-ci ildönümü qeyd olunan Xocalı faciəsi barədə fikirlərini açıqladı. Bildirildi ki, bu faciə ermənilər tərəfindən Dağlıq Qarabağda törədilmiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılması və ona beynəlxalq miqyasda lazımi qiymət verilməsi istiqamətdə görülən işlərin əhəmiyyəti vurğulandı.
MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ
Fevralın 7-də Milli Məclisin Mədəniyyət komitəsi parlamentin yaz sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Nizami Cəfərov gündəlikdəki məsələlər barədə məlumat verdi.
İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 31-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə iclası açaraq bildirdi ki, 2014-cü ilin yaz sessiyasının qanunvericilik işləri planına əsasən, komitədə Rəqabət Məcəlləsinin, “Reklam haqqında” qanun layihəsinin və iqtisadi sahəyə aid digər sənədlərin müzakirəsi nəzərdə tutulub.
SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 29-da Milli Məclisin Sosial siyasət Komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə üç məsələ daxil edilmişdir.
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 29-da Milli Məclisin Aqrar siyasət komitəsinin 2014-cü ildə ilk iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov yeni sessiyanın başlanması münasibəti ilə komitə üzvlərini təbrik etdi və 2013-cü ilin payız sessiyasında görülən işlər barəsində məlumat verdi.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Yanvarın 24-də Milli Məclisin Regional məsələlər komitəsi parlamentin yaz sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Arif Rəhimzadə məlumat verdi ki, gündəliyə beş məsələ daxil edilib.
TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 22-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov yaz sessiyasının başlaması münasibəti ilə iclas iştirakçılarını təbrik etdi və gündəlikdə duran məsələləri onların diqqətinə çatdırdı.
SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 20-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli iclası açaraq dedi ki, gündəliyə 2013-cü ilin payız sessiyasının yekunları barədə və 2014-cü il yaz sessiyasında nəzərdə tutulan qanun layihələri ilə bağlı məsələlər daxil edilib.
TƏHLÜKƏSİZLİK və MÜDAFİƏ KOMİTƏSİNDƏ
Dekabrın 18-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında iki məsələyə baxıldı. Öncə Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərovun məlumatı dinlənildi.
Aqrar siyasət komitəsinin iclasında
Dekabrın 6-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib. Qanun layihəsi Milli Məclisə Ekologiya və Təbii Sərəvətlər Nazirliyi tərəfindən hazırlanaraq təqdim olunub.
İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ
Dekabrın 6-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası oldu. Komitənin sədri Ziyad Səmədzadə öncə “Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi barədə” qanun layihəsini təqdim etdi.
İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ
Noyabrın 21-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası oldu.
İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ
Noyabrın 13-də Milli Məclisin İqtisadi siyasət komitəsində yeddi məsələyə baxıldı.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Noyabrın 8-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasın gündəliyinə “Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında” qanun layihəsi daxil edilmişdir.
MİLLİ MƏCLİSDƏ UŞAQLARIN İSTİRAHƏTİNİN TƏŞKİLİ HAQQINDA QANUN HAZIRLANIR
Noyabrın 7-də Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitədə yeni - “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Komitə sədri Hadi Rəcəbli yeni hazırlanan qanun layihəsi barədə ətraflı məlumat verərək bildirdi ki, sənəd uşaq hüquqları ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini, uşaqlara istirahət üzrə xidmət göstərilməsinin qayda və şərtlərini, bu prosesin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
MİLLİ MƏCLİSİN ALTI KOMİTƏSİNİN BİRGƏ İCLASINDA AZƏRBAYCAN RESPUBLİKASININ 2014-CÜ İL DÖVLƏT BÜDCƏSİNİN LAYİHƏSİ MÜZAKİRƏ OLUNDU
Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin noyabrın 6-da keçirilmiş birgə iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olundu.

