Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti
Əziz soydaşlar, dəyərli həmvətənlər, Böyük Azərbaycan xalqının övladlarının milli amallara sədaqətini təcəssüm etdirən həmrəylik günündə hamınızı ürəkdən salamlayırıq. Ölkəmizin tarixində xüsusi yeri olan 31 dekabr bizə xalqımızın bu günü və gələcəyi üçün hər birimizin məsuliyyət daşıdığını xatırladır, ümummilli maraqlar naminə sıx birləşmək, söz və əməl birliyinə nail olmaq əzmimizə güc verir.
MİLLİ MƏCLİSİN İCLASINDA 2017-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ TƏSDİQLƏNDİ
Dekabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi.İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlər Milli Məclisin plenar iclasında 3 gün ərzində geniş müzakirə olunmuşdu və deyilən təkliflərə baxılması üçün Hökumətə vaxt verilmişdi. Bugünkü iclasda Hökumət üzvlərinin fikirləri dinlənildikdən sonra büdcə layihəsi və büdcə zərfinə daxil olan sənədlər səsə qoyulacaq.
MİLLİ MƏCLİSDƏ GUAM PARLAMENT ASSAMBLEYASININ 9-CU SESSİYASI KEÇİRİLDİ
Dekabrın 15-də Milli Məclisdə GUAM Parlament Assambleyasının 9-cu sessiyası keçirildi. Sessiyada təşkilata üzv ölkələrin - Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın parlamentarları, dövlət rəsmiləri və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər.
MİLLİ MƏCLİSDƏ UNİCEF-lə BİRGƏ TƏDBİR KEÇİRİLDİ
Dekabrın 15-də Milli Məclisin və UNİCEF-in birgə təşkilatçılığı ilə “Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis UNİCEF əməkdaşlığı” mövzusunda tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri, qaçqın və məcburi köçkün, əlilliyi olan uşaqlar iştirak edirdilər.
PARLAMENTDƏ BÜDCƏ MÜZAKİRƏLƏRİ DAVAM EDİR
Dekabrın 7-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlament “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirdi.
MİLLİ MƏSLİSDƏ DÖVLƏT BÜDCƏSİ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI
Dekabrın 8-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəyə çıxarıldı.
BÜDCƏ ZƏRFİNDƏKİ QANUN LAYİHƏLƏRİNİN MÜZAKİRƏSİNƏ BAŞLANDI
Dekabrın 6-da Milli Məclisin plenar iclasında baş nazir Artur Rasizadənin və hökumət üzvlərinin iştirakı ilə ölkəmizin 2017-ci il dövlət büdcəsinə dair büdcə zərfindəki qanun layihələrinin müzakirəsinə başlandı. İclasa parlamentin Spikeri Oqtay Əsədov sədrlik edirdi.
MİLLİ MƏCLİSİN İCLASINDA
Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədovun sədrlik etdiyi iclasda gündəliyin təsdiqindən sonra millət vəkilləri cari məsələlərdən söhbət açdılar. Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc, Fərəc Quliyev, Qənirə Paşayeva, Asim Mollazadə, Sahib Alıyev, Rasim Musabəyov, Fuad Muradov, Rövşən Rzayev ölkə gündəmində olan vacib məsələləri dilə gətirdilər.
Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanacaq
Noyabrın 28-də Milli Məclisdə “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimi keçirildi.
MİLLİ MƏCLİSDƏ KONFRANS
Noyabrın 24-də Milli Məclisdə “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” adlı konfrans keçirildi. Konfrans Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf mühit və təbii ehtiyatlar komissiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunmuşdu.
TÜRKPA-nın KOMİSSİYA İCLASINDA
Noyabrın 24-də Milli Məclisdə TürkPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyanın 2-ci iclası keçirildi. İclası komissiyanın sədri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov açdı. Tədbir iştirakçılarına parlament rəhbərliyinin salamlarını çatdıran komissiya sədri Ətraf mühit və təbii ehtiyatlar komissiyasının TürkPA-nın ən gənc komissiyası olduğunu, buna baxmayaraq hər zaman qlobal mahiyyəti olan məsələlərin müzakirəsini önə çəkdiyini qeyd etdi. Bildirildi ki, cəmiyyəti gələcək qlobal təhlükələrdən qorumaq, insanları bu yöndə maarifləndirmək komissiyanın əsas fəaliyyət istiqamətlərindəndir. Bu gün dünyada qlobal iqlim dəyişikliyi, atmosferin ozon qatının aşınması, havanın, suyun, ətraf mühitin çirklənməsi böyük təşviş yaradır.
MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Son dövrlərdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti (AP) arasında əlaqələrin bərpa olunması və müsbət dinamika qazanması AP daxilində bəzi qüvvələri və bir sıra anti-Azərbaycan dairələrini narahat edir. Bu isə son nəticədə AP Plenar Sessiyasında qəbul edilməsi nəzərdə tutulan “Dünyada insan hüquqları və demokratiya və Avropa İttifaqının bu sahədəki siyasəti üzrə illik hesabat” adlı sənədə verilən bəzi düzəlişlərdə ölkəmizin adının qəsdən mənfi kontekstdə hallandırılmasında özünü büruzə vermişdir.
MİLLİ MƏCLİSİN İCLASINDA
Noyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyə 26 məsələ daxil edilmişdir. Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, nəzərdə tutulan dəyişikliklər 2015-ci il mayın 15-də qəbul olunmuş “Qiymətli kağızlar bazarı haqqında” qanunun tətbiqi ilə əlaqədardır. Həmin qanundakı bir sıra müddəalar bu məcəllələrdə öz əksini tapacaqdır.
AVRONEST PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARINDA
Oktyabrın 31-də və noyabrın 1-də Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan hüquqları və demokratiya, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcəkdir.
MİLLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 28-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Gündəliyin təsdiqindən sonra “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş “Paris Sazişi”nin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə edildi. Sənədlə bağlı məlumat verən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Sazişin ölkələrarası ekologiya problemlərində olduqca gərəkli olduğundan söz açdı.
MİLLİ MƏCLİSDƏ ANA VƏ UŞAQ ÖLÜMLƏRİ MÖVZUSUNA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLDİ
Oktyabrın 24-də Milli Məclisin Səhiyyə komitəsinin Avropa Parlament Forumu və BMT-nin Əhali Fondu ilə birlikdə təşkil etdiyi “Azərbaycanda ana sağlamlığı və ailə hüquqlarının təşviqinin milli qanunvericilik çərçivəsində gücləndirilməsi” mövzusunda Dəyirmi masa keçirildi.Tədbiri açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə ailə sağlamlığının qorunması sahəsində görülən işlərdən, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən danışdı.
MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 14-də Milli Məclisin payız sessiyasında ikinci plenar iclası keçirildi. İclasa Spiker Oqtay Əsədov sədrlik edirdi. Gündəlik təsdiqləndikdən sonra müzakirələr başlandı.
AZƏRBAYCAN HƏQİQƏTLƏRİ AVSTRALİYA PARLAMENTİNDƏ SƏSLƏNDİRİLMİŞDİR
Xəbər verildiyi kimi, bu il sentyabrın 26-da ölkə Konstitusiyasında dəyişikliklərin edilməsi ilə əlaqədar ümumxalq səsverməsini müşahidə etmək üçün Avstraliya İttifaqı Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASINDA İLK PLENAR İCLASI KEÇİRİLDİ
Sentyabrın 30-da Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sədr payız sessiyasının başlanması münasibəti ilə təbriklərini çatdırdı və dedi: “Payız sessiyasına yüksək əhval-ruhiyyə ilə başlayırıq. Bu günlərdə ölkəmizin siyasi həyatında çox mühüm bir hadisə baş vermişdir. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir.
KOLUMBİYA SENATININ NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ
Sentyabrın 29-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

