Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
532

MİLLİ MƏCLİSDƏ UŞAQLARA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCƏK

İyunun 11-də Milli Məclisin AŞPA Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin birgə təşkilatçılığı ilə “Uşaqların rifahı – cəmiyyətin rifahının göstəricisidir” mövzusunda konfrans keçiriləcək. Tədbir Avropa Şurasının “Uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə parlamentlərin birliyi: Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində həyata keçirilir.

08 iyun 2013    12:06
503

MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 31-də Milli Məclisin 2013-cü il yaz sessiyasının sonuncu iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bugünkü iclasın gündəliyinə 23 məsələ daxil edilib. İclasda əvvəlcə Fərhad Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələyə baxıldı. Səsvermə keçirildi və Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin hakimi təyin edildi.

01 iyun 2013    02:06
363

MİLLİ MƏCLİSİN İCLASINDA

Milli Məclisin mayın 24-də keçirilən iclasında əvvəlcə cari məsələlər müzakirə edildi. Milli Məclisin Sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki sənədlərin müzakirəsinə başlandı.

25 may 2013    03:05
453

PARLAMENTDƏ UŞAQ HÜQUQLARI və BİZNES PRİNSİPLƏRİ MÜZAKİRƏ OLUNDU

Mayın 22-də Milli Məclisdə “Uşaq hüquqları və biznes prinsipləri” mövzusuna həsr olunmuş dəyirmi masa keçirildi. Dövlət və hökumət qurumlarının, ölkəmizdəki iri şirkətlərin, QHT-lərin və KİV-lərin nümayəndələrinin toplaşdığı tədbiri Azərbaycan parlamenti ilə UNİCEF təşkil etmişdi. Dəyirmi masanın aparıcısı, Milli Məclis Sədrinin müavini Bahar Muradova tədbiri açaraq UNİCEF-lə əlaqələrimizin tarixindən danışdı.

23 may 2013    06:05
432

MİLLİ MƏCLİSDƏ GOPAC-ın İNFORMASİYA SESSİYASI KEÇİRİLDİ

Mayın 21-də Milli Məclisdə Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının – GOPAC-ın informasiya sessiyası keçirildi. Tədbiri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının üzvü Əli Hüseynli aparırdı.

21 may 2013    04:05
310

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Son günlər ölkənin bir sıra mətbuat orqanlarında belə bir məlumat yayılıb ki, guya Milli Məclisdə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi hazırlanır. Yayılan məlumatlara görə, həmin qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

20 may 2013    06:05
679

MİLLİ MƏCLİSİN HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ XÜSUSİ İCLASI KEÇİRİLDİ

Mayın 7-də Milli Məclisin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, iclasın gündəliyinə iki məsələ - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında məsələlər daxildir.

07 may 2013    06:05
508

MİLLİ MƏCLİSİN İCLASINDA

Aprelin 30-da Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. İclasın gündəliyi təsdiqləndikdən sonra Spiker bildirdi ki, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı parlamentə müraciət edib.

01 may 2013    10:05
417

MİLLİ MƏCLİSİN İCLASINDA

Aprelin 19-da Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəlikdəki birinci məsələ İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir.

19 aprel 2013    06:04
552

MİLLİ MƏCLİSDƏ HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ

Aprelin 5-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bugünkü iclasda ilk olaraq Hesablama Palatasının 2012-ci ildəki fəaliyyəti barədə hesabat dinləniləcək.

05 aprel 2013    05:04
419

MİLLİ MƏCLİSİN İCLASINDA

Martın 5-də Milli Məclisin növbəti iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov açaraq bildirdi ki, Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar dünyanın bir çoxdövlətlərində anım mərasimləri və toplantılar keçirilib. Bir neçəölkədə Ermənistanın təcavüzkar ölkə olduğu barədə qətnamələr qəbul olunub.

06 mart 2013    06:03
295

MİLLİ MƏCLİSİN İCLASINDA

Fevralın 22-də parlamentin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədovun təklifi ilə öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olundu. Sonra iclasın gündəliyi təsdiqləndi. Cari məsələlərin müzakirəsində deputatlar əsasən beynəlxalq aləmdə baş verən hadisələrə toxundular, günün aktual məsələləri barədə fikirlərini bölüşdülər. Milli Məclisin Sədri deputatların rəy və təkliflərinə münasibət bildirdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.

22 fevral 2013    06:02
401

MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞA ÇATDI

Dekabrın 28-də Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, iclasın gündəliyinə 17 məsələ daxil edilmişdir.

29 dekabr 2012    12:12
307

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 21-də Milli Məclisin növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi zamanı deputatların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirdikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı.

24 dekabr 2012    10:12
294

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyə 25 məsələ daxil edilmişdi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Sənədlərin əksəriyyəti imzalanmış sazişlərin təsdiqi və qanun layihələrinə edilən dəyişikliklərdən ibarət idi.

11 dekabr 2012    05:12
509

GUAM PA-nın BAKIDA BEŞİNCİ İCLASI KEÇİRİLƏCƏK

Dekabrın 19-20-də Bakıda GUAM Parlament Assambleyasının növbəti beşinci iclası keçiriləcək. Tədbir qonaqların sayı baxımından təşkilatın tarixində ən geniş tərkibli iclas olacaq.

06 dekabr 2012    05:12

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.