Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
257

MİLLİ MƏCLİSDƏ DƏYİRMİ MASA

Noyabrın 18-də Milli Məclisdə uşaqların zorakılıqdan müdafiəsinə həsr olunmuş dəyirmi masa keçirildi. Avropa Şurasının layihəsi çərçivəsində Azərbaycan parlamentinin təşkil etdiyi tədbirdə deputatlar, əlaqədar dövlət qurumlarının və QHT-lərin təmsilçiləri, KİV nümayəndələri iştirak edirdilər.

18 noyabr 2015    04:11
235

MİLLİ MƏCLİSİN İCLASINDA 2016-CI İLİN DÖVLƏT BÜDCƏSİ VƏ BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏR TƏSDİQLƏNDİ

Oktyabrın 20-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deputatların əksəriyyəti çıxış etmiş, bir sıra rəy və təkliflər səsləndirmişlər. Hökumət deputatların qaldırdıqları məsələləri bir daha müzakirə etmiş və gələn ilin əsas maliyyə sənədinə bəzi dəyişikliklər olunmuşdur.

20 oktyabr 2015    06:10
206

MİLLİ MƏCLİSDƏ 2016-cı İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ BAŞA ÇATDI

Oktyabrın 14-də Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirildi. Milli Məclisin Sədri Oqtay Əsədovun sədrliyi ilə keçən iclasda müzakirələr zamanı deputatlar “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər, təkliflərini səsləndirdilər. Çıxışlarda layihənin yüksək səviyyədə hazırlandığı vurğulandı, dövlət büdcəsinin sosial yönümlü olması və reallığa əsaslanması qeyd olundu.

15 oktyabr 2015    05:10
285

MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2016-cı İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİ MÜZAKİRƏ EDİLDİ

Oktyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, Sosial siyasət və Aqrar siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi keçirildi.

02 oktyabr 2015    05:10
482

MİLLİ MƏCLİSİN İCLASINDA

Sentyabrın 30-da Milli Məclisin payız sessiyası öz işinə başladı. İclası açan Mili Məclisin Sədri Oqtay Əsədov həmkarlarını yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi, onlara sonrakı fəaliyyətlərində uğurlar arzuladı. Qeyd olundu ki, bugünkü ilk plenar iclasda müzakirəyə 39 məsələ daxil edilib.

01 oktyabr 2015    01:10
507

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR İCLASI KEÇİRİLDİ

Sentyabrın 14-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

14 sentyabr 2015    06:09
379

MİLLİ MƏCLİSDƏ MƏTBUAT ŞURASI ilə ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANDI

İyulun 15-də Milli Məclisdə Azərbaycan Parlamenti ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi oldu. Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, ayrı-ayrı mətbu orqanların rəhbərləri, KİV nümayəndələri iştirak edirdilər.

15 iyul 2015    03:07
219

MİLLİ MƏCLİSİN YAZ SESSİYASI BAŞA ÇATDI

Mayın 29-da Milli Məclisin yaz sessiyasında sonuncu iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov mayın 19-da Bakı şəhərində yaşayış binasında baş vermiş yanğın hadisəsini xatırladaraq qeyd etdi ki, hadisə nəticəsində 15 nəfər həlak olmuş, onlarca insan yaralanmışdır.

29 may 2015    05:05
423

MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 15-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlandı.

15 may 2015    07:05
206

MİLLİ MƏCLİSDƏ DİNLƏMƏLƏR

Mayın 13-də Milli Məclisdə I Avropa Oyunları ərəfəsində Avropa Parlamenti deputatlarının Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyası ilə əlaqədar dinləmələr keçirildi. Tədbirə deputatlar, bir sıra QHT-lərin və mətbuat orqanlarının rəhbərləri, jurnalistlər qatılmışdılar.

14 may 2015    11:05
220

MİLLİ MƏCLİSİN İCLASINDA

Aprelin 28-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov açdı. İclasda cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri Zahid Oruc, Fəzail Ağamalı, Fazil Mustafa, İqbal Məmmədov, İqbal Ağazadə, Aydın Mirzəzadə, İlham Məmmədov, Elman Məmmədov, Xanhüseyn Kazımlı, Səməd Seyidov, Sabir Rüstəmxanlı ölkə gündəmi ilə əlaqədar vacib məsələlərdən söz açdılar.

28 aprel 2015    06:04
310

MİLLİ MƏCLİSİN İCLASINDA

Aprelin 14-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Öncə gündəlik təsdiqləndi. Cari məsələlərin müzakirəsində deputatlar gündəmdə olan aktual mövzulara toxundular. Çıxışlarda əsasən Bakıda keçiriləcək I Avropa Oyunlarına münasibətdə antimilli siyasət yürüdənlərə və Roma Papası I Fransiskin qondarma “erməni soyqırımı” ilə bağlı söylədiyi fikirlərə qarşı kəskin etirazlar səsləndi.

15 aprel 2015    09:04
243

İNSAN HÜQUQLARI MƏSƏLƏLƏRİ ÜZRƏ İŞÇİ QRUPUN İCLASI KEÇİRİLDİ

Aprelin 9-da İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun növbəti iclası keçirildi.Milli Məclisdə keçirilən iclasda işçi qrupun həmsədrləri - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirdilər.

10 aprel 2015    11:04
266

SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ AUTİZM XƏSTƏLİYİ İLƏ ƏLAQƏDAR DİNLƏMƏLƏR KEÇİRİLDİ

Aprelin 7-də Milli Məclisin Sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Autizm xəstələrinin sosial müdafiəsi” mövzusunda dinləmələr keçirildi.Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, aktual məsələlərdən biri olan autizm xəstəliyi ilə əlaqədar sənədin hazırlanması cəmiyyətin sosial sifarişinin hüquqi bazasının formalaşdırılması deməkdir.

07 aprel 2015    03:04
240

MİLLİ MƏCLİSİN İCLASINDA

Aprelin 3-də Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. Əvvəlcə cari məsələlər müzakirə olundu. Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi zamanı deyilmiş fikirlərə münasibət bildirdikdən sonra gündəlikdəki sənədlərin müzakirəsinə başlandı.

04 aprel 2015    12:04

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.