Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
486

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna, Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər və “Hesablama Palatası haqqında”(üçüncü oxunuş) qanun layihəsi daxildir.

22 iyun 2018    05:06
358

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

İyunun 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi.Komitənin sədri Hadi Rəcəbli əvvəlcə “Məşğulluq haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Bildirildi ki, qanun layihəsində birinci və ikinci oxunuşdan sonra təkliflər nəzərə alınaraq müəyyən dəyişikliklər edilib. Qanun layihəsi 6 fəsil, 37 maddədən ibarətdir.

21 iyun 2018    04:06
356

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

İyunun 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Parlament Sədrinin müavini, komitə sədri Bahar Muradova öncə komitənin sədr müavini Yevda Abramovu 70 illik yubileyi münasibəti ilə təbrik etdi, ona gələcək işlərində uğurlar arzuladı. Vitse-spiker millət vəkilinin qanunvericilik sahəsində səmərəli fəaliyyət göstərdiyini, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi istiqamətində faydalı işlər gördüyünü, beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil etdiyini söylədi və bunların dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

13 iyun 2018    06:06
479

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

İyunun 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli bildirdi ki, gündəliyə bir sıra qanunlara nəzərdə tutulan dəyişikliklərlə bağlı məsələlər daxil edilib.

12 iyun 2018    05:06
437

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ TƏQDİMAT KEÇİRİLDİ

İyunun 6-da Milli Məclisin Aqrar siyasət komitəsində Əmlak Məsələləri Dövlət Komitəsinin torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatı keçirildi.Təqdimatdan əvvəl iştirakçılar torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələrini əks etdirən xəritələrlə tanış oldular.

06 iyun 2018    05:06
381

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

İyunun 5-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə” qanun layihəsinə baxıldı.

05 iyun 2018    06:06
359

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

İyunun 5-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Əhliman Əmiraslanov əvvəlcə müzakirəyə təqdim edilən “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunda dəyişikliklər edilməsi barədə danışdı. Komitə sədri qeyd etdi ki, hazırda bütün dünyada insan orqan və toxumalarının transplantasiyası geniş yayılıb.

05 iyun 2018    05:06
317

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Mayın 30-da keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında “Məşğulluq haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirələri aparıldı. Komitə sədri Hadi Rəcəbli diqqətə çatdırdı ki, layihənin birinci oxunuşu zamanı deputatlar tərəfindən bir sıra təkliflər verildi. Səsləndirilən fikirlər ikinci oxunuş üçün təqdim olunan sənəddə öz əksini tapıb.

30 may 2018    06:05
341

İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Mayın 29-da Milli Məclisin İnsan hüquqları komitəsində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olundu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova öncə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırdı, müstəqillik dövründə Azərbaycanın qazandığı nailiyyətlərdən danışdı. Vitse-spiker gündəlikdəki məsələ barədə məlumat verdikdən sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşı Sevinc Rəhimova qanun layihəsini təqdim etdi.

29 may 2018    06:05
325

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Mayın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və idman komitələrinin birgə iclası keçirildi. Əli Hüseynlinin sədrliyi ilə keçirilən iclasda əvvəlcə deputatlar “Normativ hüquqi aktlar haqqında” qanuna dəyişikliklər edilməsi barədə məsələni müzakirə etdilər. Əli Hüseynli bildirdi ki, bir müddət əvvəl vitse-spiker Valeh Ələsgərovun rəhbərlik etdiyi İşçi Qrupu tərəfindən yaradılan və parlament tərəfindən qəbul edilən “Ələt azad iqtisadi zonası haqqında” qanunla bağlı təxminən 50-yə yaxın qanuna dəyişiklik etmək zərurəti yaranıb.

25 may 2018    07:05
342

ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Mayın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli bildirdi ki, ölkə Prezidenti tərəfindən təqdim olunmuş Əmək Məcəlləsində və “Təhsil haqqında” qanunda dəyişikliklərin edilməsi ilə bağlı layihələr müzakirəyə çıxarılıb.

24 may 2018    06:05
327

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK və KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA

Mayın 23-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında altı məsələyə baxıldı. Gündəlik barədə məlumat verən Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov qeyd etdi ki, 2016-cı ildə ölkəmizdə keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər bəzi qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətini meydana gətirib.

23 may 2018    05:05
347

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Mayın 22-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyin birinci məsələsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsidir.Qanun layihəsinin üçüncü oxunuşu barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verdi.

22 may 2018    06:05
434

MİLLİ MƏCLİSİN KOMİTƏSİNDƏ “2017-ci İLİN DÖVLƏT BÜDCƏSİNİN İCRASI HAQQINDA” SƏNƏD MÜZAKIRƏ OLUNDU

Mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlər barədə məlumat verdi.Əvvəlcə iclasda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olundu. Ziyad Səmədzadə sözügedən sənədi ətraflı şərh edərək bildirdi ki, parlament dövlət büdcəsi üzərində nəzarəti təşkil edir və hər il büdcənin icrası haqqında məsələyə baxılır.

22 may 2018    05:05
344

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Mayın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədr müavini Eldar Quliyev iclası açaraq bildirdi ki, gündəliyə “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara və Torpaq Məcəlləsinə dəyişikliklərlə bağlı məsələlər daxil edilib. Qanun layihələri ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunub.

18 may 2018    05:05
327

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA

Mayın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı bildirdi ki, iclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olunacaq. Sənəd Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunub.

15 may 2018    04:05
312

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Mayın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi.Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyin birinci məsələsi “Hesablama Palatası haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir. Komitə sədri diqqətə çatdırdı ki, Hesablama Palatası yaradıldığı gündən uğurla fəaliyyət göstərir və Milli Məclisin Dövlət büdcəsinə nəzarətini həyata keçirir. 1999-cu ildə qəbul edilmiş müvafiq qanun müasir dövrün tələblərinə cavab vermədiyi üçün yeni qanun layihəsi hazırlanmış və birinci oxunuşda Milli Məclisdə qəbul edilmişdır.

11 may 2018    04:05
335

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Mayın 10-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası oldu. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyində üç məsələ var.

10 may 2018    06:05
326

AVROPA İTTİFAQI AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA BÖYÜK ÖNƏM VERİR

Mayın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

07 may 2018    06:05
383

DƏRMAN TƏHLÜKƏSİZLİYİ PRİORİTET MƏSƏLƏDİR

Mayın 3-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Gündəlikdə iki məsələnin olduğunu deyən komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna edilən dəyişiklik redaktə xarakterlidir və “Məktəbəqədər təhsil haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır. İkinci məsələnin vacibliyini önə çəkən Səhiyyə komitəsinin sədri vurğuladı ki, təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir. Əhalinin yüksək keyfiyyətli dərmanla təchiz olunması dövlətimizin diqqət mərkəzindədir.

03 may 2018    04:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.