KOMİTƏDƏ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİN MƏRUZƏSİ DİNLƏNİLDİ
Martın 1-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova gündəliyə daxil olan məsələlər barədə məlumat verdi. Komitə sədri bildirdi ki, əvvəlcə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi təqdim olunacaq.
SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Fevralın 28-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq yeni hazırlanmış “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəyə təqdim edildiyini diqqətə çatdırdı.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASİNDA
Fevralın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə əvvəlcə Xocalı faciəsi ilə əlaqədar ölkədə keçirilən tədbirlərdən, faciənin beynəlxalq miqyasda tanıdılması ilə bağlı görülən işlərdən danışdı. Ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədəki xidmətlərindən söz açdı.
İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA
Fevralın 15-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirildi. İclası Milli Məclis Sədrinin müavini, komitənin sədri Bahar Muradova açdı.Vitse-spiker iclasın gündəliyinə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, həmçinin “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin daxil edildiyini bildirdi. O, qeyd etdi ki, ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən ümumi inkişaf strategiyasının tərkib hissəsidir.
MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNDƏ
Fevralın 9-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. İclasda - “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlara nəzərdə tutulan dəyişikliklər müzakirə edildi. Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Fərmana 2016-cı il 21 may və 9 iyun tarixlərində müvafiq dəyişikliklər edilmiş və Dövlət Sərhəd Xidmətinin üzərinə müəyyən vəzifələr qoyulmuş, hüquqlar verilmişdir. Prezidentin Fərmanında qeyd olunan məsələlərlə bağlı müzakirəyə çıxarılan qanunlara bir sıra düzəlişlər təklif olunur.
Regional məsələlər komitəsində Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edildi
Fevralın 2-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası açaraq bildirdi ki, müzakirəyə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub.
AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ
Yanvarın 25-də Milli Məclisin yaz sessiyasında Ailə, qadın və uşaq məsələləri komitəsinin ilk iclası oldu. Komitənin sədri Aqiyə Naxçıvanlı öncə parlamentin 2016-cı il payız sessiyası dövründə komitədə görülmüş işlərin hesabatını təqdim etdi. Qeyd edildi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, bu iclaslarda bir sıra məsələ, o cümlədən 4 qanun layıhəsi geniş müzakirə edilib.
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Yanvarın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli öncə parlamentin 2016-cı il payız sessiyası dövründə komitədə görülmüş işlərin hesabatını təqdim etdi. Qeyd olundu ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 10 məsələ müzakirə olunub, 8 qanun layihəsi Milli Məclisə baxılması üçün tövsiyə olunub və qəbul edilib.
GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ
Yanvarın 25-də Milli Məclisin Gənclər və idman komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Fuad Muradov sessiyanın başlaması münasibəti ilə deputatlara təbriklərini çatdırdı və iclasın gündəliyini təqdim etdi.
AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Yanvarın 25-də Aqrar siyasət komitəsi yaz sessiyasında ilk iclasına toplaşdı və üç məsələyə baxdı. Komitənin sədri Eldar İbrahimov öncə 2016-cı il payız sessiyasının yekunlarından söz açdı. Bildirdi ki, hesabat dövründə komitə qanunvericilik sahəsində nəzərdə tutulmuş iş planına uyğun fəaliyyət göstərib. 7 iclasda 17 məsələ müzakirə edilib və həmin qanun layihələrindən 15-i Milli Məclisdə qəbul olunub.
ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Yanvarın 25-də Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. Sədr İsa Həbibbəyli əvvəlcə Milli Məclisin 2016-cı ilin payız sessiyası ərzində komitənin fəaliyyəti barədə hesabatı diqqətə çatdırdı.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 24-də Milli Məclisin Regional məsələlər komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi.Komitə sədri Arif Rəhimzadə millət vəkillərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi, onlara uğurlu fəaliyyət arzuladı. Sonra o, komitənin parlamentin 2016-cı ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı təqdim etdi. Sessiya dövründə görülən işlər barədə geniş məlumat verdi. Qeyd olundu ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 22 məsələ müzakirə olunub.
TƏHLÜKƏSİZLİK, MÜDAFİƏ VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Yanvarın 19-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. İclasda üç qanun layihəsinə təklif olunan dəyişikliklər və bir yeni qanun layihəsi müzakirə edildi.
İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 19-da Milli Məclisin İnsan hüquqları komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin müavini, komitənin sədri Bahar Muradova millət vəkillərini yeni ilin və sessiyanın başlanması münasibəti ilə təbrik etdi, qarşıdakı sessiyada onlara uğurlu fəaliyyət arzuladı. Sonra o, ötən sessiya ərzində komitədə görülən işlərdən danışdı. Bildirildi ki, 2016-cı il payız sessiyasında komitənin 2 iclası keçirilib, bu iclaslarda 5 məsələ müzakirə olunmuşdur.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Yanvarın 19-da parlamentin yaz sessiyasında ilk iclasına toplaşan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 12 məsələyə baxıldı. Öncə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda qurban getmiş 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi ehtiramla yad edildi, 1990-cı ilin qanlı yanvar gecəsində həlak olan Azərbaycan övladlarının xalqımızın tarixində qəhrəmanlıq səhifəsi yazdığı vurğulandı. Sonra komitənin sədri Ziyad Səmədzadə 2016-cı ilin payız sessiyasında görülmüş işlər barədə məlumat verdi.
MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin 2017-ci il yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Rafael Hüseynov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik etdi və gündəlikdə duran məsələləri diqqətə çatdırdı.
SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 18-də Milli Məclisin yaz sessiyasında Səhiyyə komitəsinin ilk iclası oldu. Komitənin sədri Əhliman Əmiraslanov öncə parlamentin 2016-cı il payız sessiyası dövründə komitədə görülmüş işlərin hesabatını təqdim etdi.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, son vaxtlar ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər sahibkarlar tərəfindən yüksək qiymətləndirilir.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ və HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA
Dekabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi.İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə 15 məsələ - Vergi, Mülki Prosessual, Cinayət, İnzibati Xətalar məcəllələrinə habelə “İcra haqqında”, “Dövlət rüsumu haqqında”, “Elektron ticarət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Nəşriyyat işi haqqında”, “Lotereyalar haqqında”, “Təhsil haqqında”, “İcbari sığortalar haqqında” qanunlara dəyişikliklər edilməsi, “Nağdsız hesablaşmalar haqqında” yeni qanun layihəsi daxildir. Bu qanun layihələri Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə göndərilib.
ELM və TƏHSİL KOMİTƏSİNDƏ
Dekabrın 15-də Elm və təhsil komitəsində “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

