KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
Sentyabrın 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət komitələrinin birgə iclası keçirildi. İclası açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, yığıncaqda bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər müzakirə olunacaq.
ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ
Sentyabrın 29-da Milli Məclisin Elm və təhsil komitəsi payız sessiyasında ilk iclasını keçirdi. Gündəlikdəki hər üç məsələni komitə sədri Şəmsəddin Hacıyev təqdim etdi.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 26-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası açaraq bildirdi ki, gündəliyə “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələ daxil edilib.
MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin 2014-cü ilin payız sessiyasında ilk iclası keçirildi. İclası açan Nizami Cəfərov əvvəlcə cari ilin yaz sessiyası ərzində rəhbərlik etdiyi komitədə görülən işlərdən danışdı. Qeyd olundu ki, bu dövrdə komitədə bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər olunub, “Nəşriyyat işi” və “Kitabxanalar haqqında” qanun layihələri yenidən işlənərək Milli Məclisin müzakirəsinə təqdim edilib.
İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 19-da Milli Məclisin İqtisadi siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirildi.İclası açan komitə sədri Ziyad Səmədzadə 2014-cü ilin yaz sessiyasının yekunları, ötən dövrdə komitədə görülən işlər barədə məlumat verdi. Qeyd olundu ki, yaz sessiyası ərzində komitədə 51 qanun layihəsinə baxılıb və Milli Məclisin müzakirəsinə verilib. “Dəniz limanları haqqında” qanun layihəsi Parlamentdə qəbul olunub.
TƏHLÜKƏSİZLİK KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 19-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, komitə payız sessiyasında ilk iclasını keçirir. Ötən sessiyada görülmüş işlərdən danışan Ziyafət Əsgərov qeyd etdi ki, komitə yaz sessiyasında Milli Məclisin qanun yaradıcılığı işində fəal iştirak etmiş, Milli Məclisə tövsiyə olunmuş qanun layihələri parlamentdə müzakirə edilərək təsdiqlənmişdir.
SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 18-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli yaz sessiyasında görülən işlərdən danışdı və qarşıdakı sessiyanın qanunvericilik işləri planı barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, ötən sessiyada komitə olduqca məhsuldar işləmiş, bir sıra vacib sənədlər hazırlanaraq Milli Məclisə təqdim olunmuşdur. Qarşıdakı sessiya ərzində görüləcək işlərə toxunan komitə sədri bildirdi ki, komitədə “Ailə həkimi”, “Gənc ailənin sosial müdafiəsi”, “Sosial ipoteka”, “Uşaqların istirahəti”, “Pasientin hüquqları” haqqında yeni qanun layihələri hazırlanır.
AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Sentyabrın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2014-cü il payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Eldar İbrahimov iclası açaraq sessiyanın başlaması münasibəti ilə deputat həmkarlarını təbrik etdi və 2014-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə məlumat verdi.
İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ
Sentyabrın 18-də Milli Məclisin İnsan hüquqları komitəsi payız sessiyasında ilk iclasını keçirdi. Komitə sədri Rəbiyyət Aslanova gündəlikdə altı məsələ olduğunu, dörd qanun layihəsinin Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə göndərildiyini bildirdi.
MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA
Sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Sosial siyasət komitələrinin birgə iclası keçirildi. İclasa sədrlik edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə həmkarlarını yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi. O, 2014-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində rəhbərlik etdiyi komitədə görülmüş işlər və payız sessiyası üçün qanunvericilik işləri planı barədə məlumat verdi.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Sentyabrın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin parlamentin 2014-cü il payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə yığıncaq iştirakçılarını gündəliyə daxil edilən məsələlərlə tanış etdi.
HÜQUQ SİYASƏTİ və DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
İyunun 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən parlamentə təqdim olunmuş “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə iki qanun layihəsi gündəliyə daxil edilib. Hər iki sənəd Məhkəmə-Hüquq Şurasında da ciddi müzakirə olunub.
AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Mayın 30-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov iclasın gündəliyinə daxil edilən -“Balıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə iştirakçılara ətraflı məlumat verdi.
SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Mayın 23-də Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclasda əvvəlcə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun icrası ilə bağlı dinləmələr aparıldı.Komitə sədri Hadi Rəcəbli bildirdi ki, vaxtaşırı cəmiyyətdə maraq doğuran xüsusi qanunlara, o cümlədən sözügedən sənədə dəyişikliklər edilməsi zərurəti yaranır.
TƏHLÜKƏSİZLİK KOMİTƏSİNİN İCLASINDA
Mayın 21-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, iclasın gündəliyinə “Dövlət sirri haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunlara dəyişikliklər edilməsi barədə iki məsələ daxildir.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Mayın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə əvvəlcə gündəlikdə duran ilk məsələ - “Yerli vergilər və ödənişlər haqqında” qanuna təklif olunan dəyişiklikdən danışaraq bildirdi ki, bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması artıq qadağan olunacaq. Bu prosesin banklar, poçt rabitəsinin milli operatorları, habelə, mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilməsi planlaşdırılıb.
HÜQUQ SİYASƏTİ və DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Mayın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə doqquz məsələ daxil edilib. Sonra Milli Məclis Aparatının əməkdaşları Seyid Hacı Mirhəşim və Fuad Məmmədov qanun layihələrini deputatlara təqdim etdilər.
İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Mayın 12-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlərlə bağlı məlumat verdi. Əvvəlcə iclasda “Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Mayın 6-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda ilk olaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə onun əziz xatirəsi anıldı.
İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ
Aprelin 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Gündəlikdəki məsələ barədə məlumat verən komitə sədri Rəbiyyət Aslanova bildirdi ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsi Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən göndərilib.

