Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
361

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Yanvarın 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirildi.Əli Hüseynli əvvəlcə 2018-ci ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, hesabat dövründə komitənin 25 iclası keçirilib və 169 məsələ müzakirə olunub. Millət vəkilləri komitənin payız sessiyası dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

23 yanvar 2019    03:01
406

İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Yanvarın 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova iclası açaraq, 2019-cu ilin yaz sessiyasının başlaması münasibəti ilə deputatlara öz təbriklərini çatdırdı, fəaliyyətlərində müvəffəqiyyətlər dilədi.

22 yanvar 2019    03:01
372

SƏHİYYƏ KOMİTƏSİNDƏ

Yanvarın 18-də ilk iclasını keçirən Səhiyyə komitəsində öncə 1990-cı ilin qanlı 20 yanvar hadisələrində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra komitənin sədri Əhliman Əmiraslanov Milli Məclisin yaz sessiyasının başlanması münasibəti ilə deputatları təbrik etdi, qanunvericilik fəaliyyətində onlara uğurlar arzuladı.

18 yanvar 2019    06:01
488

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı növbəti sessiyanın başlaması münasibəti ilə öz təbriklərini çatdırdı və gündəlikdə olan məsələlər barədə məlumat verdi.

18 yanvar 2019    03:01
356

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 17-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri, parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov əvvəlcə komitə üzvlərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi. 1990-cı ilin qanlı 20 yanvar hadisələrində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

17 yanvar 2019    04:01
566

MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

Yanvarın 17-də Mədəniyyət komitəsi Milli Məclisin 2019-cu il yaz sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Rafael Hüseynov öncə günün aktual məsələlərinə toxundu, Azərbaycan Prezidentinin mədəniyyət sahəsi ilə bağlı imzaladığı son sərəncamlardan söz açdı. Qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ədəbiyyat, mədəniyyət və mənəviyyat hadisəsidir.

17 yanvar 2019    04:01
401

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə bir sıra qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı məsələlər daxildir. Nəzərdə tutulan dəyişikliklər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

07 dekabr 2018    02:12
364

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Dekabrın 7-də Milli Məclisdə Aqrar siyasət komitəsinin növbəti iclası oldu. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, ölkəmizdə Ələt azad iqtisadi zonasının yaranması ilə əlaqədar gündəlikdəki dörd qanuna dəyişiklik edilməsi zərurəti meydana gəlib.

07 dekabr 2018    02:12
363

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Dekabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Əvvəlcə komitənin sədri Əli Hüseynli gündəliyə daxil edilən “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun layihələri barədə məlumat verdi. Qeyd edildi ki, hər iki sənəd “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunlarının tətbiqi məqsədi ilə hazırlanmışdır.

05 dekabr 2018    02:12
482

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Dekabrın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri İsa Həbibbəyli gündəliyə daxil edilən “Ümumi təhsil haqqında” qanun layihəsini ətraflı şərh etdi. Bildirildi ki, 5 fəsil, 33 maddədən ibarət olan sənəd ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

04 dekabr 2018    04:12
392

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 30-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov bildirdi ki, “Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələlərə baxılacaq.

30 noyabr 2018    03:11
380

MİLLİ MƏCLİSİN HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ İCTİMAİ MÜZAKİRƏ KEÇİRİLDİ

Noyabrın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində hazırlanması nəzərdə tutulan “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinə dair ictimai müzakirə keçirildi.Tədbiri açan komitənin sədri Əli Hüseynli belə müzakirələrin keçirilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırdı və bu şəraitin yaradılmasına görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirdi.

20 noyabr 2018    05:11
400

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Noyabrın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verdikdən sonra Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri şərh etdi. O, bildirdi ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin genişləndirilməsidir. Bu dəyişikliklər dövlət büdcəsinin stabil artımını təmin edəcək.

20 noyabr 2018    05:11
352

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə daxil olan “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara təklif edilən dəyişikliklər ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi nəticələrə zəmin yaradacaq.

16 noyabr 2018    04:11
357

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 8-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə ətraflı məlumat verdi.

08 noyabr 2018    05:11
364

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Noyabrın 8-də Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli gündəliyə 2019-cu ilin büdcə zərfinə daxil edilən “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında” və “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin daxil edildiyini bildirdi.

08 noyabr 2018    03:11
348

MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2019-CU İLİN DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLDİ

Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı.

07 noyabr 2018    05:11
427

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Noyabrın 6-da Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçirildi. İclası Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açaraq bildirdi ki, bugünkü iclasda 2019-cu ilin dövlət büdcəsi layihəsi müzakirə ediləcək. Qeyd olundu ki, ölkəmizdə ulu öndər Heydər Əliyev dühasının yaratdığı sosial sabitlik bazasında sosial rifah dövlətinin yaradılması istiqamətində böyük işlər görülmüşdür.

06 noyabr 2018    05:11
367

MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2019-CU İLİN DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİNƏ BAŞLANDI

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı.

05 noyabr 2018    05:11
527

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Oktyabrın 29-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Əli Hüseynli gündəliyə daxil edilən Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki appelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə məsələlərlə əlaqədar məlumat verdi. O, son illər məhkəmə sistemində həyata keçirilən tədbirlər barədə danışdı.

30 oktyabr 2018    02:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.