İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Aprelin 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Əvvəlcə komitə sədri Ziyad Səmədzadə Vergilər Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirildi ki, dəyişikliyə əsasən bir sıra məhsulların idxal və satışının əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur. Sənəddə damazlıq heyvanların, toxum və tinglərin, mineral gübrələr və pestisidlərin idxalı və satışı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, həmçinin kənd təsərrüfatı heyvanlarının, quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı qurğuların, maşın və texnikaların idxalı və satışı ƏDV-dən azad olunması təklif edilir.
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Aprelin 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə məsələ daxildir. Ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatlar barədə danışan komitə sədri diqqətə çatdırdı ki, qanuna təklif olunan bu dəyişiklik də həmin islahatların tərkib hissəsidir.
AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA
Aprelin 12-də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi. Öncə bu günlərdə Qarabağda Vətən torpaqlarının azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra komitənin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, gündəlikdə iki qanun layihəsi var. Azərbaycan Prezidentinin təqdimatı ilə parlamentə daxil olmuş hər iki sənəddə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan onların qorunması məsələlərinin qanunvericiliklə tənzimlənməsi nəzərdə tutulur.
MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Aprelin 12-də Milli Məclisin Mədəniyyət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitənin sədri Rafael Hüseynov bildirdi ki, gündəliyə üç məsələ daxil edilmişdir. Birinci məsələ - “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlıdır. Bu dəyişikliklər ölkəmizdə insan haqlarına hörmətin çərçivəsinin daha da genişləndirilməsini nəzərdə tutur.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Aprelin 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə gündəlikdəki layihələrin müzakirəsinə keçməzdən əvvəl son günlərdə Azərbaycan ordusunun cəbhə bölgəsində uğurlu hərbi əməliyatlar keçirdiyini, bunun hər bir vətəndaş, bütövlükdə Azərbaycan xalqı tərəfindən qürurla qarşılandığını dilə gətirdi. O bildirdi ki, dövlət başçısının bu istiqamətdəki siyasəti əhali tərəfindən birmənalı şəkildə dəstəklənir. Əminik ki, belə bir ordu sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, erməni qəsbkarları Azərbaycan torpaqlarından geri çəkiləcəklər.
AVRASİYA İQTİSADİ SAMMİTİNDƏ
Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzi tərəfindən keçiriləcək 19-cu Avrasiya İqtisadi Sammitində iştirak etmək üçün aprelin 5-dən 9-dək Türkiyədə səfərdə olacaq.
İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ
Aprelin 1-də Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova öncə Azərbaycanın uğurlarından danışdı, ölkəmizdə insan hüquq və azadlıqlarının dövlət səviyyəsində qorunduğunu qeyd etdi.
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Martın 30-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. İclasda ilk olaraq “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələyə baxıldı.
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Martın 30-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə Torpaq Məcəlləsinə edilən dəyişiklik daxil edilib. Qeyd olundu ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib. Layihə torpaq qanunvericiliyini təkmilləşdirmək, bu sahədə qanun pozuntularına görə cəzaları sərtləşdirmək məqsədilə hazırlanıb.
SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Martın 29-da Milli Məclisdə səhiyyə komitəsinin iclası oldu. Öncə komitənin sədri Əhliman Əmiraslanov gündəlikdəki qanun layihələri barədə məlumat verdi.
MİLLİ MƏCLİSİN KOMİTƏ İCLASINDA
Martın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Əvvəlcə iclasda “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi müzakirə olundu. Qanunvericilik təşəbbüsü subyekti kimi sənədi hazırlayaraq komitəyə təqdim edən deputat Rafael Cəbrayılov qanun layihəsi barədə məlumat verdi.
ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA
Martın 14-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri İsa Həbibbəyli bildirdi ki, iclasın gündəliyinə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun tərkibinin təsdiq edilməsi barədə məsələ daxil edilmişdir.
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Martın 4-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. İclasda “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə müzakirə olundu.
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK
Martın 7-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları, Monitorinq və Mədəniyyət komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin üzvləri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov, deputatlar Elxan Süleymanov, Vüsal Hüseynov və Müslüm Məmmədov iştirak edəcəklər.
SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Martın 3-də Milli Məclisin Səhiyyə Komitəsinin növbəti iclası keçirildi. İclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə 7 məsələ daxil edilmişdir.
KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
Martın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi.
GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA
Martın 3-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi. Komitə sədri Fuad Muradov müzakirəyə təqdim edilən “Bədən tərbiyəsi və idman haqqında” qanuna edilən dəyişiklikləri ətraflı şərh etdi. Bildirildi ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olan sənəddə iki əsas dəyişiklik nəzərdə tutulub.
MİLLİ MƏCLİSİN KOMİTƏ İCLASINDA
Martın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə gündəliyə təqdim olunan “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi barədə ətraflı məlumat verdi. O, son illərdə ölkəmizin davamlı inkişafını təmin etmək üçün nəzərdə tutulmuş strateji proqramların uğurla həyata keçirilməsindən, bu istiqamətdə yerinə yetirilən kompleks tədbirlərdən söz açdı. Komitə sədri sənədin sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, maneələrin aradan qaldırılması, yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində əhəmiyyətli nəticələr verəcəyini vurğuladı.
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Fevralın 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edildi.
MİLLİ MƏCLİSİN KOMİTƏ İCLASINDA 2016-cı İLİN DÖVLƏT BÜDCƏSİNƏ DƏYİŞİKLİKLƏRƏ BAXILDI
Fevralın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, Azərbaycan iqtisadi sahədə xeyli uğurlar əldə edib. Bu, dövlət səviyyəsində görülən işlərin nəticəsidir. Qeyd edildi ki, son bir ildə dünya üzrə neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın.

