KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
Aprelin 1-də Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. İclası İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə açaraq gündəlikdə olan məsələləri diqqətə çatdırdı.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Martın 13-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. İclasda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olundu.
SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Fevralın 17-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə “Uşaq hüquqları haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.
İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA
Fevralın 10-da Milli Məclisin İnsan hüquqları komitəsinin 2015-ci il yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Rəbiyyət Aslanova gündəliyə daxil edilən məsələləri iclas iştirakçılarının diqqətinə çatdırdı.
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Fevralın 6-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə üç məsələ daxil olunub.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Fevralın 5-də Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyələrlə əlaqədar üç məsələyə baxıldı.
ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ
Yanvarın 29-da Milli Məclisin Elm və təhsil komitəsinin 2015-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri Şəmsəddin Hacıyev gündəliyə daxil edilən məsələləri deputatların diqqətinə çatdırdı.
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 28-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2015-ci ilin yaz sessiyası çərçivəsində ilk iclası keçirildi. Komitə sədri Eldar İbrahimov ilk olaraq Prezident İlham Əliyevin 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncamının əhəmiyyətini vurğuladı. O, dövlətin bu sahəyə olan qayğı və dəstəyini xüsusi qeyd edərək, ölkəmizdə həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının dinamik inkişafı, bu sahənin hüquqi bazasının təkmilləşdirilməsi barədə fikirlərini açıqladı.
İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ
Yanvarın 28-də İqtisadi siyasət komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə 5 məsələ daxil edilib.
SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 28-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclasın gündəliyinə 4 qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilmişdi.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 23-də Milli Məclisin Regional məsələlər komitəsinin 2015-ci ildə ilk iclası keçirildi. İclası açan komitə sədri Arif Rəhimzadə komitə üzvlərini yeni ilin və sessiyanın başlanması münasibəti ilə təbrik etdi, deputatlara fəaliyyətlərində uğurlar arzuladı. Sonra o, 2014-cü ilin payız sessiyası dövründə komitənin gördüyü işlər barədə hesabat verdi.
MİLLİ MƏCLİSİN İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 29-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, ölkəmizdə təkmil vergi qanunvericiliyi mövcuddur və nəzərdə tutulan vəsaitlərin dövlət büdcəsinə toplanmasına imkan verir.
SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Dekabrın 19-da Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclasda əvvəlcə Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarıldı. Layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirdi ki, məcəllənin 3-cü, 7-ci, 12-ci və 49-cu maddələrində “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsi ilə” sözlərinin əlavə edilməsi təklif olunur.
TƏHLÜKƏSİZLİK və MÜDAFİƏ KOMİTƏSİNDƏ
Dekabrın 19-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxıldı. Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif olunan dəyişikliklər hərbi uçot və qeydiyyatın daha da təkmilləşdirilməsi məqsədi daşıyır.
TƏHLÜKƏSİZLİK və MÜDAFİƏ KOMİTƏSİNDƏ
Dekabrın 5-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası oldu. Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, gündəliyə bir məsələ – “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi daxil edilib.
TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNDƏ
Noyabrın 27-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov iclası açaraq gündəliyə iki Sazişin təsdiq edilməsi barədə qanun layihələrinin daxil edildiyini diqqətə çatdırdı. Bildirildi ki, sənədlər ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Hər iki Saziş dövlət və milli maraqlara cavab verir.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 25-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası acaraq bildirdi ki, gündəliyə təqdim edilən məsələlər bələdiyyələrin fəaliyyətini tənzimləyən qanun layihələrinə dəyişiklik edilməsi ilə bağlıdır.
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. İclası aparan komitə sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi daxil edilib.
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Noyabrın 19-da Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 5 məsələyə baxıldı. Komitənin sədri Əli Hüseynli məlumat verdi ki, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi çox vacib məsələləri əhatə edir. Qanuna əlavə olunan yeni 13-cü fəsil əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi və saxlanılması qaydasını özündə ehtiva edir.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclasın gündəliyinə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliliklər edilməsi haqqında” qanun layihəsi barədə ətraflı məlumat verdi.

