Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
489

MİLLİ MƏCLİSİN YAZ SESSİYASI İŞƏ BAŞLADI

Fevralın 2-də Milli Məclisin 2015-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Milli Məclisin Sədri yaz sessiyasının başlanması münasibəti ilə deputatları təbrik etdi, qanunvericilik fəaliyyətində onlara uğurlar arzuladı.

03 fevral 2015    10:02
485

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açdı. Gündəlik təsdiq edildikdən sonra cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri Musa Quliyev, Vahid Əhmədov, Fazil Mustafa, Zahid Oruc, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Bəxtiyar Əliyev ölkə gündəmi ilə əlaqədar vacib məsələlərdən söz açdılar.Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.

16 dekabr 2014    06:12
568

PARLAMENTDƏ HİV-ə QARŞI MÜBARİZƏYƏ DAİR İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRİLDİ

Dekabrın 4-də Milli Məclisdə Sosial siyasət komitəsinin, BMT Uşaq Fondunun (UNİCEF) və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçirildi.

04 dekabr 2014    04:12
516

TÜRKPA-nın SOSİAL, MƏDƏNİ və HUMANİTAR MƏSƏLƏLƏR KOMİSSİYASININ DÖRDÜNCÜ İCLASI KEÇİRİLDİ

Dekabrın 2-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının dördüncü iclası keçirildi. Toplantıda Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğız respublikaları parlamentlərinin deputatları, diplomatlar, TÜRKPA katibliyinin əməkdaşları, TÜRKSOY-un, Türk Şurasının, Beynəlxalq Türk Akademiyasının, Türk Dünyası Bələdiyyələr Birliyinin, Manas Qırğız-Türk Universitetinin, Ahmed Yesevi Qazax-Türk Universitetinin təmsilçiləri, KİV nümayəndələri iştirak edirdilər.

02 dekabr 2014    06:12
408

MİLLİ MƏCLİSİN İCLASINDA 2015-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ VƏ BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏR TƏSDİQLƏNDİ

Noyabrın 28-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, parlamentdə 3 gün 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlər müzakirə olundu, deyilən təkliflərə baxılması üçün hökumətə vaxt verildi.

28 noyabr 2014    06:11
527

MİLLİ MƏCLİSDƏ TƏHSİL VƏ ƏLİLLİK PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLİB

Noyabrın 28-də Milli Məclisdə Sosial siyasət komitəsi üzvlərinin, Türkiyə Böyük Millət Məclisinin bir qrup deputatının və bir sıra hökumət, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə “Təhsil və əlillik problemləri” mövzusunda hüquqi bazanın birgə müzakirəsi keçirildi.

28 noyabr 2014    05:11
434

TÜRKPA-ya ÜZV ÖLKƏLƏRİN SOSİAL SİYASƏT KOMİTƏLƏRİNİN BİRGƏ TOPLANTISINDA

Noyabrın 21-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin Sosial siyasət komitələrinin 2-ci birgə toplantısı keşirildi. “TÜRKPA-ya üzv ölkələrin miqrasiya problemləri və imkanları” mövzusunda keçirilən toplantıda parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki, müzakirə olunan mövzu hazırda dünyada çox aktualdır. Məsələnin bir çox siyasi, iqtisadi, sosial tərəfləri var. Qeyd olundu ki, bəzi ölkələr, o cümlədən türkdilli dövlətlər miqrasiya problemindən çox əziyyət çəkirlər. Hazırda dünyada qanunsuz miqrantların sayı ildə 250 milyonu keçib.

22 noyabr 2014    02:11
922

PARLAMENTDƏ UŞAQ HÜQUQLARI KONVENSİYASININ 25 İLLİYİ QEYD OLUNDU

Noyabrın 21-də Milli Məclisdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirildi. Dövlət və hökumət qurumlarının, QHT və KİV nümayəndələrinin, uşaqların dəvət olunduğu tədbiri Azərbaycan parlamenti ilə UNİCEF təşkil etmişdi.

21 noyabr 2014    06:11
834

BÜDCƏ ZƏRFİNDƏKİ QANUN LAYİHƏLƏRİNİN MÜZAKİRƏSİNƏ BAŞLANDI

Noyabrın 18-də Milli Məclisin plenar iclasında baş nazir Artur Rasizadənin və hökumət üzvlərinin iştirakı ilə ölkəmizin 2015-ci il dövlət büdcəsinə dair büdcə zərfindəki qanun layihələrinin müzakirəsinə başlandı. İclasa parlamentin Spikeri Oqtay Əsədov sədrlik edirdi.

20 noyabr 2014    03:11
646

MİLLİ MƏCLİSDƏ BÜDCƏ ZƏRFİNDƏKİ QANUN LAYİHƏLƏRİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLDİ

Noyabrın 19-da Milli Məclisdə ölkəmizin 2015-ci il dövlət büdcəsinə dair büdcə zərfindəki qanun layihələrinin müzakirəsi davam etdirildi. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ətrafında müzakirələrə başladılar. Millət vəkilləri Fəzail Ağamalı, Fərəc Quliyev, Leyla Abdullayeva, Yevda Abramov, Musa Quliyev, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Elmira Axundova, Sədaqət Vəliyeva, Sahib Alıyev, Bəxtiyar Əliyev çıxış edərək 2015-ci il dövlət büdcəsini birmənalı olaraq mükəmməl şəkildə hazırlanmış, sosial yönümlü büdcə kimi dəyərləndirdilər.

19 noyabr 2014    06:11
665

MİLLİ MƏCLİSDƏ “REKLAM HAQQINDA” QANUN LAYİHƏSİ MÜZAKİRƏ EDİLDİ

Noyabrın14-də Milli Məclisin İqtisadi siyasət komitəsində “Reklam haqqında” qanun layihəsinin geniş ictimai müzakirəsi keçirildi. Müzakirədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, deputatlar, kütləvi informasiya vasitələrinin rəhbərləri, reklam yayımını həyata keçirən qurumların və ölkədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və bu sahə üzrə mütəxəssislər iştirak edirdilər.

14 noyabr 2014    06:11
543

MİNGƏÇEBİRDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLIQLA BAĞLI TƏLİM-SEMİNAR KEÇİRİLƏCƏK

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputat Aydın Mirzəzadə və Milli Məclis Sədrinin köməkçisi, MDB PA-da parlamentin daimi nümayəndəsi Aydın Cəfərov “Azərbaycanda bələdiyyə seçkilərinə hazırlıq və onun keçirilməsinin monitorinqi üçün müşahidəçilərin hazırlanması üzrə təlim-seminar”da iştirak etmək üçün noyabrın 13-dən 16-dək Mingəçevir şəhərində səfərdə olacaqlar.

11 noyabr 2014    11:11
514

MİLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 28-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Öncə 21 məsələdən ibarət gündəlik təsdiqləndi. Cari məsələlərin müzakirəsində deputatlar beynəlxalq aləmdə baş verən hadisələrə toxundular, kəlbəcərli girovlar Dilqəm Əhmədovla Şahbaz Quliyev üçün qondarma Dağlıq Qarabağ Respublikasında məhkəmə qurulmasına və soydaşlarımıza işgəncələr verilməsinə etirazlarını bildirdilər, digər aktual məsələlərlə bağlı fikirlərini bölüşdülər. Milli Məclisin Sədri Oqtay Əsədov deputatların rəy və təkliflərinə münasibət bildirdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.

29 oktyabr 2014    09:10
518

MİLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 17-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov iclasın müzakirəsinə 30 məsələnin daxil edildiyini bildirdi.

18 oktyabr 2014    01:10
822

MİLLİ MƏCLİSDƏ QHT-lərlə ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANDI

Oktyabrın 17-də Milli Məclisdə Azərbaycan Parlamenti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumunun imzalanma mərasimi oldu. Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, QHT-lərə Dövlət Dəstəyi Şurasının təmsilçiləri, ayrı-ayrı QHT-lərin rəhbərləri, mətbuat nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdilər.

17 oktyabr 2014    06:10
577

BAKIDA MDB PA-nın KOMİSSİYA İCLASI KEÇİRİLDİ

Oktyabrın 10-da Milli Məclisdə MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi komissiyasının iclası keçirildi. Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova və Tacikistanın qurumda təmsil olunan deputatları, həmçinin MDB-yə üzv dövlətlərdən dəvət olunmuş rəsmi şəxslər iştirak edirdilər.

10 oktyabr 2014    05:10
794

MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞLADI

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Milli Məclisin Sədri ötən yaz və növbədənkənar sessiyalarda görülmüş işlər barədə danışaraq bildirdi ki, Milli Məclis 2014-cü ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurmuşdur. Bu dövrdə parlamentin 12 iclası keçirilmiş, 131 qanun və qərar qəbul edilmişdir.

01 oktyabr 2014    03:10
525

DEPUTATIN FİKİRLƏRİ TƏHRİF OLUNUB

Son günlər bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin adından belə bir açıqlama yayılıb ki, guya deputat “aldığım maaş mənə çatmır” deyib. Hadi Rəcəbli həmin məlumatı təkzib edib və o xəbəri qərəz kimi dəyərləndirib.

22 sentyabr 2014    03:09

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.