Bakıda QDİƏT PM-in Baş Assambleyasının 40-cı iclası öz işinə başladı
Noyabrın 27-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası öz işinə başladı.
QDİƏT Parlament Məclisi Baş Assambleyasının Bakıda keçirilən 40-cı plenar sessiyası başa çatdı
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Bakıda keçirilən 40-cı plenar sessiyası noyabrın 28-də öz işini davam etdirdi. Plenar sessiyada QDİƏT-ə üzv olan 12 ölkədən 11-nin nümayəndə heyəti iştirak edirdi.
MƏTBUAT KONFRANSINDA
Noyabrın 28-də işini başa çatdıran Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 40-cı iclasından sonra mətbuat konfransı keçirildi.
QDİƏT PM DAİMİ KOMITƏNİN 40-cı İCLASINDA
Noyabrın 26-da Milli Məclisdə QDİƏT PM Daimi Komitəsinin 40-cı iclası keçirildi. Təşkilatın vitse-prezidenti Asəf Hacıyev bildirdi ki, Daimi Komitənin iclasında ötən iclasın protokolunun təsdiq olunması, yeni mandatlara baxılması, Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidəçi qismində quruma qəbul olunması, həmçinin QDİƏT nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı hesabatları müzakirəyə çıxarılacaq.
MİLLİ MƏCLİSİN İCLASINDA
Noyabrın 20-də Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Deputatlar birbaşa gündəlikdəki məsələlərin müzakirəsinə başladılar.
Bahar Muradova: “AZƏRBAYCANA YUVENAL ƏDLİYYƏ LAZIMDIR.”
Ümumdünya Uşaqlar günü və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul olunmasının ildönümü münasibətilə noyabrın 20-də Milli Məclisdə yuvenal ədliyyə sisteminin inkişafına həsr olunmuş dəyirmi masa keçirildi. Azərbaycan parlamentinin bu tədbiri BMT-nin Uşaq Fondu (UNİCEF) və Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birgə təşkil olunmuşdu.
MİLLİ MƏCLİSİN İCLASINDA BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI
Milli Məclisin noyabrın 15–də keçirilmiş iclasında Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirildi.
MİLLİ MƏCLİSİN İCLASINDA 2013-CÜ İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLDİ
Milli Məclisin noyabrın 14-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.
MİLLİ MƏCLİSDƏ 2013-CÜ İLİN DÖVLƏT BÜDCƏSİNİN LAYİHƏSİ MÜZAKİRƏYƏ ÇIXARILDI
Milli Məclisin noyabrın 13-də keçirilmiş iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olundu.Müzakirələrdə Baş nazir Artur Rasizadə və hökumət üzvləri iştirak edirdilər.
MİLLİ MƏCLİSDƏ AZƏRBAYCANDA İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ KOORDİNATORUN MƏLUMATI DİNLƏNİLDİ
Noyabrın 2-də Milli Məclisin növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclasın əvvəlində deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı səsləndirdi.
AZƏRBAYCANLA RUSİYANIN PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİNİN PERSPEKTİVLƏRİ GENİŞDİR
Noyabrın 2-də Milli Məclisdə Rusiya Federasiyasının Federal Məclisi ilə əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın onuncu iclası keçirildi. İclası həmin komissiyanın Azərbaycan tərəfdən həmsədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov açdı.
Milli Məclisin iclasında bir sıra qanunlara dəyişikliklər edildi
Oktyabrın 16-da Milli Məclisin növbəti iclası keçirildi. İclasda əvvəlcə cari məsələlərə baxıldı, Milli Məclisin Sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirdi.
MİLLİ MƏCLİSDƏ RƏQABƏT MƏCƏLLƏSİNİN İCTİMAİ MÜZAKİRƏSİ KEÇİRİLDİ
Oktyabrın 15-də Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət komitələri üzvlərinin, yerli və beynəlxalq təşkilatların təmsilçilərinin, mütəxəssislərin və ziyalıların iştirakı ilə yeni hazırlanan Rəqabət Məcəlləsi layihəsinin ictimai müzakirəsi keçirildi.
MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI
Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati oktyabrın 5-də Milli Məclisdə mətbuat konfransı keçirdi.
MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI İŞƏ BAŞLADI
Oktyabrın 1-də Milli Məclisin payız sessiyası öz işinə başladı. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
DEPUTAT MİLLİ MƏCLİSİN SƏDRİNƏ MÜRACİƏT ÜNVANLAMIŞDIR
Sentyabrın 28-də Milli Məclisin Sədri Oqtay Əsədova parlamentin deputatı Gülər Əhmədova məktubla müraciət etmişdir. Müraciətdə bildirilir ki, sentyabrın 25-də bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən guya deputat seçilməsi üçün Gülər Əhmədovaya külli miqdarda pul verməsi barədə video-görüntülər yayımlanmışdır.
Kloun “siyasətçidən” terrora çağırış
Macarıstanda həbsdə olan Azərbaycan vətəndaşı Ramil Səfərovun məhkumların verilməsinə dair 1983-cü il beynəlxalq konvensiyasına müvafiq olaraq Azərbaycana verilməsi və Azərbaycan Konstitusiyası əsasında əfv edilməsindən sonra bəzi siyasətçilər, dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın suveren hüquqlarını nəzərə almadan ona qarşı haqsız, ədalətsiz bəyanatlar verməkdədirlər.
MİLLİ MƏCLİSİN 2012-ci İL YAZ VƏ NÖVBƏDƏNKƏNAR SESSİYALARININ YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI KEÇİRİLDİ
İyulun 17-də Milli Məclisin 2012-ci ilin yaz və növbədənkənar sessiyalarının yekunları üzrə mətbuat konfransı keçirildi.
MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 29-da Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbədənkənar sessiyasının son iclası keçirildi. Otuz dörd məsələdən ibarət gündəlik təsdiq edildi və müzakirələr başlandı.
MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. Dövlət himni səsləndirildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan edərək bildirdi ki, 2011-ci ilin noyabr ayında Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu prosedura uyğun olaraq 6 aydan sonra yenidən təkrar səsverməyə çıxarılıb.

