Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
472

MİLLİ MƏCLİSİN İCLASINDA

İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyada sonuncu plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyə 40 məsələ daxil edilib.

29 iyun 2018    07:06
465

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ GÖRÜŞ

İyunun 25-də Milli Məclisin Gənclər və idman komitəsində “AzEdu.az” portalının və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “İlin gənc müəllimi” müsabiqəsinin qalibləri ilə görüş oldu. Komitənin sədri Ülvi Quliyev tədbir iştirakçılarını salamlayaraq bütün millət vəkillərinin bu gözəl ənənəni alqışladığını vurğuladı.

25 iyun 2018    06:06
535

MİLLİ MƏCLİSİN İCLASINDA

İyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. Parlamentin sədri Oqtay Əsədov iclası açdıqdan sonra dövlət himni səsləndirildi. İlk olaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” sənədlə əlaqədar məlumat verdi. Bildirildi ki, dəyişikliyə görə, normativ hüquqi aktlarda dəyişikliklər edildikdə və ya ləğv edildikdə, həmin dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın adında dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın adı göstərilməlidir.

13 iyun 2018    12:06
445

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ

İyunun 7-də Milli Məclisin Gənclər və idman komitəsində tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan parlament Aparatının rəhbəri Səfa Mirzəyev bildirdi ki, məlum olduğu kimi bir neçə həftə əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Milli Məclisin Gənclər və idman komitəsinin sədri olmuş Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri təyin edildi. Səfa Mirzəyev Fuad Muradova bu çətin və məsuliyyətli işdə uğurlar arzuladı. O, Dövlət Komitəsi sədrinin bu sahəyə yeni bir nəfəs gətirəcəyinə və ölkəmizdə bu vacib istiqamətin günün tələbləri səviyyəsinə qaldırılacağına əminliyini ifadə etdi.

07 iyun 2018    05:06
460

MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 31-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirildi. Gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlandı.

01 iyun 2018    10:06
474

MİLLİ MƏCLİSDƏ UŞAQLARLA GÖRÜŞ KEÇİRİLDİ

İyunun 1-də Milli Məclisdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda tədbir keçirildi.Tədbir çərçivəsində Milli Məclisin foyesində uşaqların rəsm əsərlərindən ibarət “Mənim Azərbaycanım” adlı sərgi təşkil olunmuşdu.

01 iyun 2018    05:06
374

MİLLİ MƏCLİSDƏ “AZƏRBAYCAN AİLƏ MODELİ: MÜASİRLİK VƏ DƏYƏRLƏR” MÖVZUSUNDA DİNLƏMƏLƏR KEÇİRİLDİ

Mayın 23-də Milli Məclisdə Ailə, qadın, uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda dinləmələr keçirildi. İclası açan komitə sədri Aqiyə Naxçıvanlı bildirdi ki, Azərbaycanda ailə insititunun qorunması prioritet məsələlərdəndir. Ümummilli liderimiz Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini xüsusi qeyd edirdi. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb.

23 may 2018    05:05
350

MİLLİ MƏCLİSİN İCLASINDA HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ

Mayın 18-də Milli Məclisin növbəti iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.Cari məsələlərin müzakirəsi zamanı deputatlar Fəzail İbrahimli, Sahibə Qafarova, Əli Hüseynli, Zahid Oruc, Aydın Mirzəzadə, Asim Mollazadə, Fazil Mustafa, Siyavuş Novruzov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanksiyalar tətbiq etməsi barədə qərarını tənqid etdilər. Bildirdilər ki, AŞPA-nın bu qərarı ədalətsizdir və Azərbaycanı sevməyən bəzi qüvvələrin maraqlarına xidmət edir.

18 may 2018    06:05
336

MİLLİ MƏCLİSİN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95-ci İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ İCLASI KEÇİRİLDİ

Mayın 10-da Milli Məclisin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar iclası keçirildi. İclası açan Sədr Oqtay Əsədov ulu öndərin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində göstərdiyi misilsiz xidmətlərdən bəhs edən məruzə ilə çıxış etdi. Spiker dedi: “Filosoflardan birinin dediyinə görə, xalqın yaradıcılıq qüvvəsinin əsasını böyük şəxsiyyətlərin fəaliyyəti təşkil edir. Hər tarixi inkişaf dövrü öz görkəmli şəxsiyyətlərini yaradır. Amma elə şəxsiyyətlər də var ki, zamanın hüdudlarını aşaraq, yaşadıqları dövrün simasını özləri müəyyən edirlər.

10 may 2018    06:05
321

AVROPA İTTİFAQI – AZƏRBAYCAN PARLAMENT ƏMƏKDAŞLIĞI KOMİTƏSİNİN XV İCLASINDA

Mayın 8-də Milli Məclisdə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 15-ci iclası öz işini davam etdirdi. İclası açan deputat, Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirdi ki, bu gün toplantıda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Əvvəlcə mövzu ilə əlaqədar Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Kamil Xasıyev çıxış edərək vurğuladı ki, Azərbaycan nəinki ikitərəfli, üçtərəfli əməkdaşlıq formatlarını da ərsəyə gətirməyə nail olub.

08 may 2018    06:05
448

AVROPA İTTİFAQI-AZƏRBAYCAN PARLAMENT ƏMƏKDAŞLIQ KOMİTƏSİNİN XV İCLASI İŞƏ BAŞLADI

Mayın 7-də Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclası işə başladı. İclasda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatları Sahibə Qafarova, Çingiz Qənizadə, Ülviyyə Ağayeva, Flora Qasımova, Elman Nəsirov, Kamran Bayramov, Azər Kərimli, Asim Mollazadə, Kamilə Əliyeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və komitənin Avropadan olan üzvləri iştirak edirdilər.

07 may 2018    07:05
465

MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 4-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Öncə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki 4 məsələni təqdim etdi.

04 may 2018    06:05
454

MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 1-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bugünkü iclasda 33 məsələ müzakirə olunacaq.

01 may 2018    07:05
513

MİLLİ MƏCLİSİN İCLASINDA OMBUDSMANIN İLLİK MƏRUZƏSİ DİNLƏNİLDİ

Aprelin 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə keçirilmiş prezident seçkilərindən sonra formalaşdırılmış yeni hökumətdə rəhbər vəzifələrə təyin olunmuş deputatlara təbriklərini çatdırdı. Bildirdi ki, Milli Məclis üzvlərinin hökumətdə yüksək vəzifələrə təyin olunması Cənab Prezident İlham Əliyevin parlamentə etimadının göstəricisidir. Sədr buna görə Milli Məclis adından Prezident İlham Əliyevə minnətdarlıq etdi.

24 aprel 2018    06:04
449

MİLLİ MƏCLİSİN İCLASINDA

Aprelin 21-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov dedi: “Aprelin 11-də ölkəmizin həyatında olduqca önəmli hadisə baş verdi. Demokratik və şəffaf şəraitdə keçirilmiş, azad və ədalətli prezident seçkilərində İlham Əliyevin yenidən Prezident seçilməsi dövlətimizin başçısının xalqımız qarşısındakı əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin və sonsuz inamın ifadəsidir.”

21 aprel 2018    03:04
404

MİLLİ MƏCLİSİN İCLASINDA

Aprelin 3-də Spiker Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Öncə 25 məsələdən ibarət gündəlik təsdiqləndi. Deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.

03 aprel 2018    06:04
317

KEMPOÇULAR PARLAMENTDƏ

Martın 15-də Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun Kempo İdman Federasiyasının üzvləri ilə görüşü keçirildi. Görüşdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və “kempo”çular iştirak edirdilər.

16 mart 2018    10:03
451

MİLLİ MƏCLİSDƏ NAZİRLƏR KABİNETİNİN HESABATI DİNLƏNİLDİ

Martın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bu gün qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

16 mart 2018    06:03

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.