Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
643

ATƏT PA-nın SİYASİ MƏSƏLƏLƏR VƏ TƏHLÜKƏSİZLİK KOMİTƏSİNDƏ

İyulun 1-də ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik üzrə Ümumi komitəsinin 4-cü iclası keçirildi. İclası komitənin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev açaraq müzakirə olunacaq qətnamə layihələri ilə bağlı məlumat verdi. Tədbirdə əvvəlcə Sloveniyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Roberto Batellinin müəllifi olduğu “Cənub-Şərqi Avropada regional əməkdaşlıq” adlı qətnamə layihəsinə edilən düzəlişlərlə bağlı təkliflər müzakirə edildi.

01 iyul 2014    06:07
496

ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi iclaslarını yekunlaşdırdı

İyulun 1-də ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsinin 4-cü iclasında gündəlikdəki qətnamə layihələrinə və həmin sənədlərə təklif edilən düzəlişlərə baxıldı. İclasa komitənin sədri, Portuqaliya nümayəndə heyətinin üzvü İzabel Santoş sədrlik edirdi.

01 iyul 2014    05:07
514

ATƏT-İN BAKIDA KEÇİRİLƏN İLLİK SESSİYASI DAVAM EDİR

Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası iyunun 29-da işini komitə iclasları və xüsusi müzakirə ilə davam etdirdi.Daha sonra sessiya çərçivəsində “Ekstremizm, radikalizm və ksenofobiyanın artması: ATƏT regionu üçün çağırış” mövzusunda xüsusi müzakirə keçirildi.

30 iyun 2014    11:06
415

ATƏT PA-nın İQTİSADİ MƏSƏLƏLƏR, ELM, TEXNOLOGİYA VƏ ƏTRAF MÜHİT ÜZRƏ ÜMUMİ KOMİTƏSİNDƏ

İyunun 30-da ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası çərçivəsində İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin ikinci və üçüncü iclasları keçirildi. Qırğızıstanın ATƏT-in PA-dakı nümayəndə heyətinin rəhbəri Roza Aknazarovanın sədrlik etdiyi iclasda gündəliyin təsdiqindən sonra britaniyalı məruzəçi Rocer Vilyamsın müəllifi olduğu “Helsinki+40: Hər bir insan üçün təhlükəsizlik” adlı qətnamə layihəsinə

30 iyun 2014    06:06
377

ATƏT PA-nın ÜMUMİ KOMİTƏLƏRİNDƏ

İyunun 30-da ATƏT PA-nın Ümumi komitələri işini davam etdirdi. Öncə Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin 2-ci iclası oldu.Sonra Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitənin 2-ci iclasıkeçirildi.

30 iyun 2014    04:06
439

ATƏT PARLAMENT ASSAMBLEYASININ PLENAR İCLASI İŞƏ BAŞLADI

İyunun 28-də ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində plenar iclasın təntənəli açılış mərasimi oldu. Plenar iclası açan ATƏT PA-nın sədri Ranko Krivokapiç bu tədbirin Azərbaycanda yüksək səviyyədə təşkilinə görə ölkə Prezidenti İlham Əliyevə, Milli Məclisin Sədri Oqtay Əsədova, Milli Məclis Sədrinin müavini Bahar Muradovaya təşəkkürünü bildirdi. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi.

29 iyun 2014    04:06
489

ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit Komitəsinin iclasında

İyunun 29-da Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası çərçivəsində İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin iclası keçirildi.İclas Qırğızıstanın ATƏT-in PA-dakı nümayəndə heyətinin rəhbəri Roza Aknazarovanın sədrliyi ilə keçirildi. Sədr bildirdi ki, sessiya çərçivəsində komitənin 4 iclasının keçirilməsi nəzərdə tutulub.

29 iyun 2014    02:06
507

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI BAŞA ÇATDI

İyunun 27-də Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış etmişdir.

27 iyun 2014    05:06
447

MİLLİ MƏCLİSİN İCLASINDA

İyunun 20-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Milli Məclis Sədrinin birinci müavini, parlamentin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov NATO Parlament Assambleyasının Bakıda keçirilən 86-cı Rouz-Rout seminarının yüksək səviyyədə təşkilinə görə Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirdi.

20 iyun 2014    05:06
430

NATO PA-NIN “CƏNUBI QAFQAZ: ÇAĞIRIŞLAR VƏ İMKANLAR” MÖVZUSUNDA ROUZ-ROUT SEMINARINDA

İyunun 16-da Bakıda Milli Məclisin və NATO Parlament Assambleyasının təşkilatçılığı ilə “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı öz işinə başlamışdır. Seminarın açılış sessiyasına Milli Məclis sədrinin birinci müavini, NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov rəhbərlik edirdi.

17 iyun 2014    01:06
442

NATO-NUN ROUZ-ROUT SEMİNARININ SESSİYALARI ÖZ İŞİNƏ BAŞLAYIB

İyunun 16-da Bakıda keçirilən 86-cı Rouz-Rout seminarı sessiyalar üzrə öz işini davam etdirib. Əvvəlcə NATO PA-nın prezidenti Hu Beylinin moderatorluğu ilə “Azərbaycanın xarici və təhlükəsizlik prioritetləri – Avro-Atlantik inteqrasiya” mövzusunda birinci sessiya keçirilib.

17 iyun 2014    01:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.