Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
458

BAKIDA TÜRKPA-nın V PLENAR İCLASI ÖZ İŞİNƏ BAŞLADI

İyunun 12-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının – TÜRKPA-nın Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament sədrlərindən ibarət Assambleya Şurasının 5-ci iclası keçirildi. İclası TÜRKPA-nın fəaliyyətdə olan Sədri, Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək açaraq tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan parlamentinin rəhbərliyinə təşəkkür etdi.

13 iyun 2014    01:06
564

MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 30-da Milli Məclisin yaz sessiyasındakı sonuncu plenar iclası keçirildi. İclasa parlamentin Spikeri Oqtay Əsədov sədrlik edirdi.Gündəlik təsdiqləndikdən sonra deputatlar günün aktual məsələləri barədə fikirlərini bölüşdülər. Novruzəli Aslanov məlumat verdi ki, qardaş Türkiyədə baş vermiş Soma faciəsində zərərçəkənlərə yardım üçün deputat həmkarları Ayaz Orucov və Eldar Quliyevin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyriyyə kampaniyasına start verib. Həmin kampaniyada 40-a yaxın deputat da iştirak edib. İndiyədək toplanmış 38 min dollar vəsait Türkiyə Qızıl Ay Cəmiyyətinə köçürülüb və bu xeyirxah əməl razılıqla qarşılanıb.

30 may 2014    07:05
300

AZƏRBAYCAN QANUNVERİCİLİYİNDƏ UŞAQ HÜQUQLARI PRİORİTET MƏSƏLƏDİR

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə mayın 29-da Milli Məclisdə “Azərbaycanda uşaq problemləri: reallıqlar və perspektivlər” mövzusunda dinləmə keçirildi. Tədbiri Azərbaycan parlamenti, UNİCEF, “ChildPact”, Ümidli Gələcək Gənclər Təşkilatı və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı təşkil etmişdi.

29 may 2014    04:05
543

Bakıda AŞPA-nın Daimi Komitəsinin iclası keçirildi

Mayın 23-də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin növbəti iclası keçirildi.

23 may 2014    05:05
412

MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədov iclası açaraq qardaş Türkiyənin Manisa vilayətinin Soma bölgəsindəki kömür mədənlərində baş vermiş qəza ilə bağlı həlak olanların ailələrinə başsağlığı verdi. Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

17 may 2014    02:05
737

AZƏRBAYCAN – İORDANIYA DOSTLUĞU MÖHKƏMLƏNİR

Aprelin 26-da Milli Məclisin Azərbaycan – İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.

26 aprel 2014    01:04
331

AVSTRİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ BAKIDADIR

Aprelin 1-də Milli Məclisin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşdü.

01 aprel 2014    04:04
386

MİLLİ MƏCLİSDƏ HÖKUMƏTİN HESABATI DİNLƏNİLDİ

Martın 14-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı dinlənildi. Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılmışdı.Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq bildirdi ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti 2013-ci ildəki fəaliyyəti barədə hesabat verir.

15 mart 2014    09:03
401

MİLLİ MƏCLİSDƏ OMBUDSMANIN HESABATI DİNLƏNİLDİ

Martın 4-də Milli Məclisin növbəti iclası keçirildi. Öncə iclasın gündəliyi təsdiqləndi. Cari məsələlərin müzakirəsi zamanı deputatlar bir sıra aktual məsələlərə toxundular. İclasa sədrlik edən Spiker Oqtay Əsədov söylənilən fikirlərə münasibətini bildirdi.

05 mart 2014    04:03
448

MİLLİ MƏCLİSİN İCLASINDA XOCALI SOYQIRIMI YAD EDİLDİ

Fevralın 25-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədovun təklifi ilə bu günlərdə 22-ci ildönümü qeyd olunan Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

25 fevral 2014    06:02
431

MİLLİ MƏCLİSİN İCLASINDA

Fevralın 14-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açıq elan edən Milli Məclisin Sədri Oqtay Əsədov iclasın gündəliyinə 12 məsələnin daxil edildiyini bildirdi. Deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirdilər. Çıxışlarda son vaxtlar cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasının narahatlıq doğurduğu qeyd olundu. Soçidə keçirilən XXII Qış Olimpiya Oyunları zamanı “Olimpiya atəşkəsi”nə riayət edilməsi çağırışına erməni silahlı qüvvələrinin məhəl qoymaması pislənildi.

14 fevral 2014    06:02
304

MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI

Fevralın 8-də ölkəmizdə səfərdə olan İspaniya Parlamentinin deputatı Xose Maria Çikiyonun başçılıq etdiyi İspaniya nümayəndə heyəti Milli Məclisdə mətbuat konfransı keçirdi.

08 fevral 2014    01:02
444

MİLLİ MƏCLİSİN YAZ SESSİYASINDA İLK İCLASI KEÇİRİLDİ

Fevralın 3-də Milli Məclisin 2014-cü ilin yaz sessiyasında ilk iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

03 fevral 2014    06:02
369

MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞA ÇATDI

Dekabrın 27-də Milli Məclisin payız sessiyasında son iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbriklərini çatdırdı.

28 dekabr 2013    03:12

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.